Rəşad Atakişiyev sağ qalsaydı həbs oluna bilərdi... - HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLAYIB Rəşad Atakişiyev sağ qalsaydı həbs oluna bilərdi... - HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLAYIB

Rəşad Atakişiyev sağ qalsaydı həbs oluna bilərdi... - HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLAYIB
Загрузка...
Qabil Hüseynli: "Rəşad Atakişiyevin bir ayağı hələ də tapılmayıb..." 
Amerika Birləşmiş Ştatlarında yaşayan sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı olduqca sensasion yazı yazıb. Criminal.az Ə.Oruclunun "Azərbaycanın hərbi təyyarəsi vuruldu yoxsa qəzaya uğradı?" adlı yazısını olduğu kimi təqdim edir.
Ə.Oruclu yazır: İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən dənizə düşən təyyarəsinin hissələri və pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi hadisədən 27-28 gün sonra nəhayət, tapılıb çıxarıldı. Amma hadisə ilə bağlı elə ilk günlərdən ortaya çıxan suallar, müəmmalar nəinki gündəmdən çıxmadı, əksinə, xeyli yeni suallar da əlavə olundu. Bu, da təbiidir, çünki müvafiq qurumlar, ilk növbədə də ölkənin Müdafiə Nazirliyi (MN) arxada qalan az qala bir ay ərzində bir neçə məsələdə tam səriştəsizlik (hüquq dilində buna "cinayətkar səhlənkarlıq" deyirlər) nümunəsi ortaya qoydular.
Əvvəla, MN ictimai rəylə, cəmiyyətlə işləyə bilmədiyini bütün çılpaqlığı ilə nümayiş etdirdi və bu da tamamilə anlaşılandır: ictimai rəylə işləmək mütəmadi olaraq, eyni hərbi hissəyə gedib fotolar çəkdirib, onları paylaşmaq deyil. Bu şoumenliyi şəxsən nazir Zakir Həsənov primitiv metodlarla da olsa, hər halda bir az bacarır. MN-nin hadisə ilə bağlı susqunluğu və ya tutumsuz, ziddiyyətli açıqlamaları fonunda medianın maraqlı qüvvələr tərəfindən çaşqınlıq yaratmağa yönəlmiş məqsədli dezinformasiyalarla doldurulması göstərdi ki, Azərbaycan öz torpaqlarını azad etmək uğrunda savaşa başlayarsa biz, ən azı informasiya müharibəsini fəciəvi şəkildə uduzmuş olarıq. Bu isə müasir şəraitdə müharibə aparan ölkə üçün faktiki məğlubiyyət deməkdir. Amma qayıdaq həmin o dezinformasiya dalğalarının hədəflərinə.
""İlk olaraq, ortaya versiya atıldı ki, guya təyyarə ya texniki səbəbdən, ya da pilotun səhhəti üzündən qəzaya uğraya bilərdi. MN isə hər zaman olduğu kimi, bu dəfə də susaraq xalqa demədi ki, əvvəla, təlim uçuşunda təkcə mərhum pilot Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi yox, 3 təyyarə olub və bu da tamamilə normal praktikadır, çünki təlim uçuşu zamanı onların hər biri öz vəzifəsini yerinə yetirir.
İkinci, Milli Ordunun ən təcrübəli pilotlarından olan Rəşad Atakişiyev şübhəsiz ki, təyyarənin texniki vəziyyətini dəyərləndirməyə qadir idi və bütün pilotlar kimi mütəmadi tibbi müayinə keçirdi və deməli, onun səhhətində problemlər ola bilməzdi. 

Ərəstun Oruclu 
Nəhayət, texniki nasazlıq adətən, təyyarənin bir anda qəzaya düşməsinə səbəb olmur və deməli, pilot katapultdan istifadə etməli idi. Digər məqamlar da var, amma oxucunu çox yükləməmək üçün daha əhəmiyyətli olan bir açıqlamaya da diqqət çəkmək istərdim. Bu, hərbi ekspert Üzeyir Cəfərovun Azərbaycanın hərbi təyyarəsinin Rusiyanın REM (Radioelektron müdafiə) sistemi vasitəsilə sıradan çıxarıla biləcəyi haqda ehtimalı idi. Heç də təsadüfi deyldi ki, məhz bu açıqlamadan sonra vaxtilə Azərbaycan dövlətinə qarşı casusluq, çoxsaylı təxribatlar törətmiş, nəhayət, 1993-cü ilin hərbi qiyamında iştirak edərək prezident qvardiyasının əsgərlərini xaincəsinə güllələmiş, bu gün isə Rusiyaya sığınmış cinayətkarlar Üzeyir bəyi hədəfə aldılar, onu sosial şəbəkələrdə ələ salmağa, təhdid etməyə çalışdılar" - Ə.Oruclu yazıb.
"Maraqlıdır ki, bu açıqlamaya nə Rusiyanın, nə də Azərbaycanın hərbi qurumları heç bir münasibət bildirmədi. Ən azı, Rusiya tərəf buna münasibət bildirməli idi. Təbii ki, istifadə olunmuş törtöküntülərinin dililə yox. Ardınca təyyarənin axtarışına Rusiyadan və Türkiyədən mütəxəssislərin dəvət oluna biləcəyi mövzusu ortaya atıldı və burda çox təbii olaraq "Niyə?" sualı ortaya çıxır. Bu da təsadüfi deyil. Hələ 2008-ci ilin yanvarında anoloji hadisə baş verəndə axtarış üçün heç bir xarici ölkəni dəvət etməyə ehtiyac olmamışdı, çünki o zaman ölkənin Hərbi Dəniz Qüvvələrinin arsenalında təyyarənin axtarışı üçün həm müvafiq elektron-texniki vasitələr, həm də hazırlıqlı peşəkar mütəxəssislər vardı.
 
Ona görə də ölkənin öz potensialı hesabına (qış mövsümü olmasına rəğmən) qəzaya uğrayan təyyarəni elə MN-nin Hərbi-Dəniz Qüvvələri tapıb çıxarmışdı. Bəli, ölkənin belə resursları vardı, amma Şimal qonşumuzdan sifariş alan Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun rəhbərliyinin səyləri sayəsində həmin arsenal 2013-2015 illərdə saxta ittihamlar əsasında açılmış cinayət işi vasitəsilə darmadağın edildi. Bu haqda əvvəlki bloq yazılarımda ətraflı yazmışam.
Bu yerdə bir məqamı da diqqətinizə çatdırmaq yerinə düşərdi. 2008-ci ildə sudan çıxarılan təyyarənin əsasən yalnız burun hissəsi zədələnsə də, bu dəfə çıxarılan təyyarənin faktiki çoxsaylı hissələrə parçalanması məlum oldu. Bundan başqa, o da məlum oldu ki, pilotun nəşi kresloya bağlı vəziyyətdə tapılsa da, əslində onun bədəni parçalanmış və hətta pilot kreslosu iki hissəyə bölünübmüş. Bu mənada, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynlinin BBC radiosunun Azərbaycan xidmətinə verdiyi müsahibə əhəmiyyətli dərəcədə informativdir".
Müsahibənin önəmini nəzərə alaraq, onu təqdim edirəm:
Məsələ burasındadır ki, kifayət qədər güclü konstruksiyaya malik olan MİQ-29 döyüş təyyarəsidir və o, suya düşərkən zərbədən bu dərəcə parçalana bilməzdi və bu, 2008-ci ildə qəzaya uğrayan eyni tip təyyarə dənizdən çıxarılarkən çəkilən videomaterialdan da aydın görünür. Halbuki, həmin təyyarə təxminən 14 m dərinlikdə dənizin dibinə dəyib zədə almışdı, Rəşad Atakişiyevin idarə etdiyi təyyarə isə dənizin ondan azı 2 dəfə dərin yerinə düşüb və deməli, dənizin dibindən aldığı zərbə də daha az dağıdıcı təsir göstərməli idi. Bu, fizika qanunlarıdır və bunu anlamaq üçün mütəxəssi olmağa ehtiyac yoxdur.
Amma Qabil Hüseynlinin də qeyd etdiyi və yayılan fotolardan göründüyü kimi, iyulda qəzaya uğrayan təyyarə faktiki kiçik parçalara bölünüb. 2008-ci ildəki qəzada həlak olan pilotun nəşi tam şəkildə çıxarılsa da (birinin, digəri tapılmayıb), Rəşad Atakişiyevin nəşi BBC-nin yuxarıda paylaşdığım materialından görünür ki, faktiki kiçik fraqmentlərə parçalanıb. Mütəxəssislərin fikrincə, bu, yüksək ehtimalla, təyyarə raketlə vurulduğu halda mümkün ola bilər. Görünür istintaqın aparılmasında da bu versiya arxa plana keçirilməməlidir. Amma...
Amma AR Hərbi Prokurorluğu tərəfindən cinayət işi AR CM-nin 342.2 maddəsi ilə açılıb. Həmin maddəni diqqətinizə təqdim edirəm:
Maddə 342. Qulluğa səhlənkar yanaşma
342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, gördüyümüz kimi, yüzlərlə Azərbaycan hərbçisini şərləyərək həbsə atan, cəza verən, işgəncələrə məruz qoyaraq qətlə yetirən hərbi prokuror Xanlar Vəliyev öz ampluasındadır. Əvvəlcə ölkənin Hərbi-Dəniz Qüvvələrininin komandanlığını şərləyərək bu qurumu dağıdan, ardınca 2016-cı ilin aprel döyüşlərində ön cəbhədə olmuş hərbçiləri Ermənistan kəşfiyyatına işləmək saxta ittihamlarına məruz qoyan (xatrıladım ki, həmin işgəncələrdə 14 nəfərin qətlə yetirilməsinə və 200-dən çox hərbçinin ağır fiziki və psixi travma almasına rəğmən bu cinayətə rəhbərlik etmiş Xanlar Vəliyev, Nəcməddin Sadıkov və onunbacısı oğlu Ramil Əkbərov hələ də tutduqları vəzifələrdədilər, halbuki onlar həbsdə olmalıdılar) hərbi prokuror təyyarənin "qara qutusu" hələ deşifrə olunmadan hadisənin səbəbini niyə Hərbi Hava Qüvvələrinin rəhbərliyinin səhlənkarlığında axtarır? Bəlkə təyyarə həqiqətən raketlə vurulub? Xeyr, xanlar vəliyevləri, nəcməddin sadıkovları bu, maraqlandırmır, çünki onların missiyası ölkənin silahlı qüvvələrini ardıcıl şəkildə dağıtmaqdır, çünki onlar sahiblərindən belə tapşırıq alıblar.
Bu arada onu da qeyd edim ki, hadisə zamanı havada olan 3 təyyarədən birini də Rəşad Atakişiyevin komandiri idarə edirmiş və əgər təyyarə raketlə vurulubsa, deməli digər 2 pilot bunun canlı şahidi olublar və elə buna görə də cəzalandırılmalıdılar. Xanlar Vəliyevin açdığı cinayət işindəki maddə də birbaşa mümkün cinayətin şahidlərini hədəfə alır. Faciə burasındadır ki, vəliyevlərin, sadıkovların cinayətləri haqda ətraflı məlumatı olan İlham Əliyev də Ali Baş Komandanı olduğu hərbçiləri onların təcavüzündən qorumayıb və bu dəfə də qorumayacaq.
 
Odur ki, hərbçilərimizi qorumaq artıq bizim - bütün azərbaycanlıların üzərinə düşən məsuliyyətdir. Çünki bu ordu onların yox, bizim Milli Ordumuzdur, bu ordu bizim torpaqları qoruyur və ümid edirəm, nəhayət ordu özünü də daxili təcavüzkarlardan qorumağın zamanının çatdığını qəbul edir.
P.S.: Dünən Rəşad Atakişiyev dəfn olundu. Allah rəhmət eləsin. Amma bu, mənə bir tarixi xatırlatdı: 2009-cu il fevralın 11-də Hərbi_Hava Qüvvələri komandanı, Müdafiə nazirinin müavini, general Rail Rzayev evinin qarşısında qətlə yetirildi. Onu elə həmin gün təcili dəfn elədilər, dəfn mərasiminə nə Müdafiə naziri, nə onun müavinləri, nə də Baş Qərərgah rəisi qatılmadılar. Sanki cinayətin izini tezliklə itirməyə çalışırdılar və itirdilər də. Dünən də belə oldu... 
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Criminal.az saytına MİQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Cinayət Məclləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanmasını təsdiqlədi: "Qəzanın səbəbi ilə bağlı danışmaq hələ tezdir. İstintaq gedəcək".
Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi ilə bağlı bu gün yaydığı məlumatı da təqdim edirik: "İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan "Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb.
"Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb. Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında ("qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb".
Загрузка...
Загрузка...

Xəbər lenti