Rəşad Abdullayevin 1.3 milyon dollarlıq saatı oğurlananda yanında olan dostları kimlərdir? Rəşad Abdullayevin 1.3 milyon dollarlıq saatı oğurlananda yanında olan dostları kimlərdir?

Rəşad Abdullayevin 1.3 milyon dollarlıq saatı oğurlananda yanında olan dostları kimlərdir?
Загрузка...
BBC News Azərbaycanca ötən həftə İbizada oğurlanan 1.2 milyon avorluq saat-la bağlı sızılmış polis sənədlərini araşdırarkən, Rəşad Abdulleylə hadisə günü birlikdə olan iki gəncin kimliyini və nə işlə məşğul olduqlarını araşdırıb.
Ötən həftə, iyunun 19-da İspaniyada baş verən qarət hadisəsində saatı oğurlanan şəxsin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu, Rəşad Abdullayev olduğu barədə xəbərlər yayılıb. Hadisə barədə Facebook-da yayılan və İspan polisinin qarət barədə hazırladığı hesabat olduğu iddia edilən sənədin həqiqi olub-olmamasını İspan polisindən öyrənmək mümkün olmayıb. Buna baxmayaraq, sənəddəki bəzi məlumatların doğru olduğunu digər mənbələrdən öyərənə bilmişik, bununla yanaşı Rəşad Abdullayevlə hadisə günü birlikdə olan Ceyhun Mahmudzadə və Arif Əsgərovun kim olduqları barədə əlavə məlumatlar əldə etmişik.
Polis hesabatında nə deyilir?
Hesabatda deyilir ki, Rəşad Abdullayev adlı Azərbaycan vətəndaşının 1.2 milyon avro dəyərində Richard Mille 50-03 McLaren F1 saatı iyunun 19-u naməlum və boyu təqribən 170 cm olan bir şəsx tərəfindən oğurlanıb. Sənəddə Rəşad Abdullayevin doğum gününün 9 may 1994-cü il olduğu deyilir və onun hadisə günü iki azərbaycanlı dostu ilə görüşdüyü qeyd olunur.
İki dostun adları və doğum tarixləri də sənəddə göstərilir. Onların biri Ceyhun Mahmudzadədir və onun doğum tarixi 23 May 1995-cü il kimi göstərilir. Digər şəxs isə Azər Əsgərovdur və onun doğum tarixi 15 iyul 1996-cı il olaraq qeyd olunur.
BBC News Azərbaycancanın İbiza polisinə sənədin həqiqi olub-olmaması barədə ünvanlandırdığı suallar cavabsız qalır. Bu səbəbdən sənəddəki məlumatları başqa üsullarla təsdiqləməyə məcbur olduq.
Sosial şəbəkələrdə axtarış
İlkin axtarışlarımızda Rəşad Abdullayevin İnstagram səhifəsinə iyunun 28-i, London vaxtilə səhər 9 radələrində baxarkən, hesab qəflətən məxfiləşdirildi. Bundan əvvəl, adı çəkilən saatla şəkillər bizə rast gəlməmişdi, sadəcə şəkillərdən birində Rəşad Abdullayevin dəbdəbəli saatlara həvəsli olduğu görünür.

Rəşad Abduallyevin İnstagrama yüklədiyi şəkillərdən biri
Axtarışa başqa mənbələrdə davam etmək qərarına gəlirik. Facebook-da Rəşad Abdullayeva məxsus olan səhifə məxfidir. Nə paylaşdıqları digər şəkilləri, nə də ki, dostluğunda olan digər şəxsləri axtarmaq mümkün deyil.

Rəşad Abdullayevin Facebook hesabı
 
Rəşad Abdullayevin Facebook-dakı profil şəkli
Başlayırıq,Ceyhun Mahmudzadə və Azər Əsgərova məxsus hesabları axtarmağa. İlkin axtarışda Ceyhun Mahmudzadəyə məxsus hesabı tapmaq mümkün olmur, lakin Azər Əsgərov (Facebook-da Azer A. Asgarov) adlı şəxsi tapmaq mümkündür.
 
 Azər Əsəgorvun Facebook hesabı
Dərhal aydın olur ki, Azər Əsgərov Londonda yaşayır. Bir qədər açıq olan divarında məlumat az olsa da, 2011-ci il iyulun 16-ı bu paylaşımı yazdığını görmək mümkündür:"Tebriklere gore hamiya oz teshekkurumu bildirirem !!!!"
 
Azər Əsgərovun Facebook paylaşımı
Azərbaycan mətbuatında mənbələr Azər Əsgərovun sabiq Nəqliyyat Nazirinin müavini və Azərbaycan Dəmir Yolları QSC-nın keçmiş sədri Arif Əsgərovun oğlu olduğunu yazır. İspaniya polisinin sənədində Azər Əsgərov adlı və Britaniyada yaşadığı qeyd olunan gəncin doğum gününün 15 iyul 1996-cı il olması bu hesabın adı çəkilən şəxsə məxsus olması ehtimalını artırır. Lakin ikinci bir mənbədən - Britaniyanın biznes qeydiyyatı qurumu, Companies House-dan (Şirkətlər Evindən) istifadə edərək buna əmin ola bilirik.
Qeydiyyat siyahısında 1996-cı ilin iyul ayında anadan olmuş Azar Asgarov adlı bir şəxsin Aztecsa Limited adlı şirkəti 2016-cı il aprelin 26-sı təsis etdiyi göstərilir. Bununla yanaşı 2016-cı ilin may ayında onun şirkətin direktoru vəzifəsindən istefa verərək Ruslan Rafiq Aliyev adlı bir şəxs tərəfindən əvəzləndiyi qeyd olunur.

Azər Əsəgorv barədə Companies House-dakı məlumat
Ruslan Əliyev adlı bir şəxsi isə, Facebook-dakı Azər Əsgərovun dostluq siyahısında tapmaq mümkündür. Bu dostluq siyahısına baxanda Azər Əsgərovun həmçinin Rəşad Abdullayevlə də tanış olduğunu görürük.
 
Azər Əsgərovun dost siyahısında Rəşad Abdullayevin hesabı
Mahmud adı ilə başlanan adların axtarışında isə, Azər Əsgərovun dostluq siyahısından Jeyhun Mahmudoff adlı bir şəxs ortaya çıxır.
 
Jeyhun Mahmudoff-un hesabı bir qədər məxfi olsa da, onun Londonda yaşadığını, ad gününün 23 may olduğunu görə bilirik.

Ceyhun "Mahmudoff"-un Facebook hesabı
Şəkillərindən isə onun üzünü daha yaxından görmək mümkündür.
 
Ceyhun "Mahmudoff"
Lakin bu şəxsin İspaniya polisi tərəfindən qeyd olunan Ceyhun Mahmudzadə olduğundan əmin olmaq üçün onun doğum günününü də təsdiqləmək lazımdır. Bunda Britaniya şirkətlərinin qeydiyyat siyahısı bir daha bizə kömək edir. Companies House-un siyahısında Jeyhun Mahmudzade adlı bir şəxsin 2018-ci il noyabrın 7-də Emil Gadimaliyev adlı bir şəxslə Alliance Equity Partners Ltd adlı bir şirkəti təsis etdiyi görünür.
Companies House, bu şəxsin doğum tarixini 1995-ci ilin may ayı olaraq qeyd edir. Google-da Jeyhun Mahmudov adını axtarışa verəndə isə artıq silinmiş bir profil önümüzə çıxır. Google şəkil axtarışı bu hesabdaki şəklin Facebook-dakı Jeyhun Mahmudoff-a aid olduğunu sübut edir.
Ceyhun Mahmudov-un LinkedIn hesabından qalan şəkli
Google həmçinin Ceyhun Mahmudov və ya Mahmudzadənin Boldex LLC adlı şirkətin baş icraçı direktoru olduğunu göstərir. Hazırda bu LinkedIn hesabı silinmiş olsa da, bənzər soyadlı bir şəxsin - Rəhim Mahmudzadənin Boldex LLC şirkətinin hazırki icraçı direktoru olduğunu deyir.
Şirkətin rəsmi saytında şirkətin idarəçiliyi, təsisçisi və ya sahibi barədə heç bir məlumat yoxdur. Şirkət haqqında səhifədə bildirilir ki, şirkət "neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərin neft-mədən avadanlıqları təchizatçısıdır".
 
Boldex LLC şirkətinin saytı
Britaniyada təsis etdiyi Alliance Equity Partners LTD şirkətinin fəaliyyət sahəsi "başqa holdinq şirkətlərinin fəaliyyəti, vençur və inkişaf kapitalı şirkətlərinin fəaliyyəti və ümumi maliyyə vasitəçiliyi" kimi qeyd olunur. Toplam olaraq bu məlumatlar Britaniyada yaşayan bu gənclərin bir-birilərilə tanış olduqları ehtimalını və İspaniya polisindən sızıldığı deyilən sənədin həqiqi olması ehtimalını kəskin şəkildə artırır.
Rəşad Abdullayev və ARDNŞ BBC News Azərbaycancanın bu barədə müraciətlərinə cavab verməyiblər. ARNDŞ prezidentinin rəsmi aylıq əmək haqqı barədə məlumat yoxdur, lakin qanuna əsasən, bənzər vəzifələrə müəyyən edilən aylıq vəzifə maaşlarının məbləği məlumdur.
Qanuna əsasən, nazirlərin aylıq əmək haqqı 1925 manatdır. Prezidentin aylıq vəzifə maaşı isə 15000 manatdır. Təxminən 2,3 milyon manat dəyəri olan saatı almaq üçün prezident 12 il yarım, bir nazir isə 99 il yarım işləməli və bu dövrdə başqa heç bir xərci olmamalıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər