"Rəqib olduğum üçün həbsimi sifariş veriblər..." - Sona Vəliyevanın şirkəti ilə bağlı həbsxanadan sensasion məktub

29 Avqust 2019, 15:39
29 Avqust
2019
15:39
4907
Məhşur təhsil şirkətinin bir neçə ay əvvəl həbs olunmuş rəhbəri həbsxanadan sensasion məktub yazıb. "Elit Akademy" şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadə Criminal.az saytına göndərdiyi məktubda həbsinin sifarişli olduğunu bəyan edib. Şirkət rəhbəri qeyd edib ki, həbsnin sifarişçisi hökümətin işlərinə nəzarət edən "Kaspi Təhsil Şirkəti"dir. Onun fikrincə, həmin şirkət özlərinə rəqib olmaması üçün polisə bu barədə göstəriş verib.
R.Kərimzadə yazır: 1991-ci ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi Şirvan özəl türk Liseyində almışam. Yüksək balla Azərbaycan Tibb Universitetinin stomotologiya fakültəsinə daxil olmuşam. 2012-ci ildə Bakı şəhərində Beynəlxalq Təhsil və Karyera şirkəti olan "Elit Akademy" şirkətini qanunvericiliyə uyğun şəkildə təsis etmişik. Şirkətin açılma məqsədi ölkəmizdə yetişən gənc fərdlərin xaricdə, xüsusən də Türkiyədə ixtisaslaşdırmaq, təhsil almaq və inkişafa gedən yolda düzgün, qərəzli olmayan və heç bir siyasi iradəyə tabe olmayan mərkəzləşmiş qurum olmaq idi.

Rüstəm Kazımzadə
Şirkət açıldığı ildən etibarən 5000-dən artıq türk ölkələrinin gənclərini Türkiyədə bakalavr, magistr staj, dəyişim proqramlarına göndərməyə nail olmuşdur. Şirkətin əksər tələbələri ilə hələ də əlaqəsi mövcuddur və həmin məzunlarla görüşlər keçirilir. Şirkətin 2023 hədəflərində tələbələrin sayının 20.000-ə çatdırılması və mərkəzlərinin sayının 12 türk ölkəsində tamamlamaqdır. Hazırda şirkətin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İraq (Kəlkük), Gürcüstan (Marneuli), Təbrizdə rəsmi ofisləri və partnyorları var.
Növbəti açılması plananana ölkələr Türkmənistan, Tatarıstan Yakutya Saxa Cümhuriyyəti və Pakistandır. 2018-ci ildə Bakı ofisi də 240 tələbə ilə təhsil müqaviləsi bağlanıb və onların əksəriyyətinə xidmət göstərilib.
"Bəzi öyrədilmiş valideynlər və işçi heyətindən pulla satılmış şəxslər şirkətə oyun qurub"
"Bəzi öyrədilmiş valideynlər və işçi heyətindən pulla satılmış şəxslər hökümətin siyasi iradəsinə zidd olaraq şirkətə oyun qurub. Şirkətimiz hökümətin işlərinə nəzarət edən Kaspi Təhsil Şirkətinin gözdən qaçmamış və özlərinə rəqib olmaması üçün polisə bu barədə göstəriş verib. Şirkətə qanunsuz olaraq 2018-ci il dekabr ayında cinayət işi açılıb. Həmin ayda qanunsuz olaraq adım Xəzər Tv vasitəsilə hallandırmışdılar.
Nəzərinizə çatdırım ki, Xəzər Tv-də Kaspian Təhsil şirkəti də eyni şəxsə və ailəyə xidmət edir. 2019-cu ilin yanvar ayında isə qanunsuz olaraq Nəsimi rayon Polis İdarəsində iştirakım olmadan tanımadığım vəkilin razılığı ilə barəmdə 2 ay 3 gün həbs-qətimkan tədbiri seçilib və bu barədə mənə məlumat verilməyib.
Mən 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər şirkətin Özbəkistan, Qazaxıstan, Qırğızıstan ofislərində olmuşam. May ayında baş ofis Türkiyədə olarkən mənə həmin ölkənin dövlət qurumları tərəfindən bildirilib ki, ölkənizdə sizin axtarış var. Hüquqi dövlət olduğu üçün 64.58 saylı xarici vətəndaşları qoruma qanunnu 25.77 yarqılamaq üsuluna əsasən Türkiyəni tərk etmədən siyasi sığınacaq alaraq qalıb işin Türkiyə məhkəmələrində baxılması təklif olunub. Mən təklifin ölkəmizdəki nüfuzuna pis təsir edəcəyini və gəlməməyimin günahkar olduğuma dəlalət edəcəyini düşünərək Türkiyə hərbi qurumuna təşəkkürümü bildirərərk Azərbaycana yola düşmüşəm. 28 may 2019-cu ildə Bakı Heydər Əliyev Hava Limanına enən kimi Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq həbs edilmişəm".
"O, Azərbaycan polisinə yaraşmayan tərzdə küçə dili ilə danışır, söyüş söyürdü"

Rüstəm Kazımzadə
R. Kərimzadə daha sonra qeyd edir: Səhəri gün Nəsimi RPİ-nin müstəntiqi Ceyhun Rəhimov ilə tanış oldum. Gördüyüm ilk andan etibarən mənə qarşı qərəzli münasibətinin şahidi oldum. O, Azərbaycan polisinə yaraşmayan tərzdə küçə dili ilə danışır, söyüş söyür və etdiyi haqsızlıqlara "yaxşı etmişəm kimə istəyirsən şikayət et", "bura Azərbaycandır" kimi istehzalı, qərəzli əxlaqdan kənar dialoqlar qurmağa çalışırdı. Buna vəkilim Qeys müəllim də şahid olub. 29 may 2019-cu il Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən kamera və səs görüntüləri çıxararaq istənilən özbaşınalıqları görə bilərsiz. Mənə tanımadığım, ünsiyyətim olmadığı 30 nəfərə yaxın şəxsin məndən şikayət etdiyini və hərəsinin fərqli-fərqli pul tələblərinin olduğunu bildikdən sonra ondan üzləşmə tələb etdim, amma tələbimi yerinə yetirməyərək məni Kürdəxanı təcridxanasına göndərdilər. 2 ay boyunca şikayətçilərlə görüşmə olmadığından həbsimin sifarişli olduğunu bir daha dərk etdim. Ona görə də Baş Prokurorluğa şikayət ərizəsi ünvanladım.
Şikayətə əsasən iş polisdən alınaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə olundu və sifarişli həbs müddəti uzadıldı. Həbsxanada olan müddətdə polis polkovniki Ceyhun Rəhimovun işçilərdən hədə-qorxu və təhdidlə külli miqdarda rüşvət aldığım və ilkin həbs qərarının pulla Nəsimi rayon Məhkəməsindən alındığın öyrəndim. Hakim Azər Tağıyev Ceyhun Kərimovla əlbir olub.
Həbs müddəti ərzində qərardan apellyasiya şikayəti verdim və məhkəməyə çıxarıldım. Məhkəməyə quldur, cinayətkar dəstənin başqa bir üzvü hakim faiq Qasımov apellyasiya məhkəməsində oldu. O da öz növbəsində tanımadığım başqa vəkili prosesə qoşub danışmağa imkan vermədən prosesi 3 dəqiqəyə yekunlaşdırdı. Mən dini inancıma görə rüşvət verə bilmərəm və bunu bir sınaq olduğunu dərk etdim. Bu qanunsuzluğun bitməsini istəyir və xalqımızı birlikdə hərəkət etməyə çağırıram.
Criminal.az xatırladır ki, "Kaspi Təhsil Şirkəti”nin rəhbəri Sona Vəliyevadır. O, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.




Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022