Repressiya və İşgəncələr Əleyhinə Komitə: "Ölkədə qorxu hissinin gücləndirilməsi, qisas məqsədi ilə minlərlə şəxs həbs edilib"

29 İyul 2019, 16:39
29 İyul
2019
16:39
216
Загрузка...
''Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hakimiyyəti ona ünvanlanan çox saylı çağırış və tələblərə baxmayaraq dinc, günahsız insanlara qarşı repressiv siyasətini davam etdirir. İnsanlar heç bir əsas olmadan şərlənib həbs olunur. Ağır işgəncələrə məruz qalır və müəmmalı şəkildə qətlə yetirilir...''. Bu fikirlər Repressiya və İşgəncələr Əleyhinə Komitənin bəyənatında qeyd edilib.
Komitənin sədrli Oqtay Güləliyevin Criminal.az saytına ünvanladığı bəyanatda deyilir: "Aparılan araşdırmalar göstərir ki, ölkədə qorxu hissinin gücləndirilməsi, qisas, tamah və s. məqsədi ilə son bir neçə ildə 1000-lərlə şəxs hüquqi əsas olmadan həbs edilib. Xüsusi qəddarlıq və amansızlıqla işgəncələrə məruz qalıblar. Ən azından 30-dan çox şəxs döyülərək və odlu silahla qətlə yetirilib.
Nardaran hadisələri, "Tərtər işi” və "Gəncə işi” ilə bağlı kütləvi şəkildə repressiyaya məruz qalanlar daha çox olub…
Acınacaqlı haldır ki, hakimiyyətin vətəndaşlara qarşı amansız münasibəti dayanmadan davam etməkdədir. May ayında Şəki rayon polis idarəsinə sağlam vəziyyətdə aparılan Qalib Məmmədov günün ikinci yarısı ordan ölü halında çıxarılıb. Onun başında və bədənini bir neçə hissəsində ağır xəsarət izləri olub. Amma işgəncə və qəsdən adam öldürmə faktı ört- basdır edilib.
Dəfələrlə çağırış edilməsinə baxmayaraq Gəncə məhbusu Aydın Qurbanov vaxtında azadlığa buraxılıb normal müalicə olunmasına imkan verilməyib. O, həbs edilən zaman məruz qaldığı işgəncələrdən, baxımsız həbsxana şəraitindən, zəif tibbi xidmətdən bir neçə həftə öncə- 10 iyulda Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib''.
''Eyni zamanda məlum Gəncə hadisələri ilə bağlı həbs edilən zaman ağır işgəncələrə məruz qalmasına baxmayaraq işgəncə hallarının araşdırılması ilə bağlı təqsirləndirilən şəxslərin, valideynlərin və vəkillərin tələblərini respublika baş prokurorluğu qulaq ardına vurur, bu yöndə hər hansı ədalətli araşdırma aparmır. Halbu ki, bəzi məhbusların bədənlərində işgəncənin izləri hələ də qalır.
Tərtər hadisələrinə görə həbs olunmuş hərbçi Natiq Quluzadənin anası Bahar xanım oğluna qarşı edilən haqsızlıqlara, işgəncələrə dözməyərək bir neçə gün öncə vaxtsız vəfat edib. Mərhumənin dəfn və yas məclisində oğlunun iştirakına imkan verilməyib.
Azərbaycan hakimiyyətinin ölkədə yaratdığı olduqca ağır sosial-iqtisadi durum, bərbad və ədalətsiz idarəçilik ucbatından Avropaya və başqa dövlətlərə üz tutan minlərlə vətəndaşımız vətənə qayıtmamaq üçün özlərinə qəsd edirlər. Almaniyada miqrantların qaldığı kamplarda min bir əziyyətə dözənlərdən biri, ali təhsilli ana Humay Məmmədova ölkəyə deport olunmasına etiraz olaraq Azərbaycana qayıtmaqdansa intihar etməyi üstün tutaraq öz həyatına son qoyub.
Hollandiyadan deport olunan Natiq İsbatov isə ölkəyə qayıdan kimi Avropadakı ictimai- siyasi fəaliyyətinə görə polisə müqavimət adı ilə şərlənərək 30 sutka inzibati həbs olunub. Keçən ilin oktyabr ayında ağır xəstə olan atasına baş çəkmək üçün Latviyadan Azərbaycana gələn Musavat fəalı, şərlənib həbs olunan Azad Həsənov heç bir əsas olmadan 9 aydır qondarma, saxta ittihamlarla həbsdə saxlanılır. Onun məhkəmə sorğularına aidiyyatı qurumlar cavab vermir, məhkəmə prosesi bilərəkdən uzadılır, süründürməçiliyə yol verilir. Azad Həsənov ona qarşı edilən ədalətsizliyə və haqsızlığa etiraz əlaməti olaraq 7 gündür ki, aclıq aksiyası keçirməyə məcbur olub.
DTK əməkdaşlarının korrupsiya əməllərini ifşa etdiyi üçün həbs olunan jurnalist Polad Aslanov ağır cinayətdə ittiham olunur, amma istintaq orqanları bu günə qədər onun əməlində ortaya hər hansı ciddi fakt qoya bilməyib.
Acınacaqlı haldır ki, republika baş prokurorluğu bu qanunsuzluq və zorakı hərəkətləri araşdırmaq əvəzinə həmin faktları dilə gətirən hüquq müdafiəçilərinə, ictimai fəallara və jurnalistlərə təzyiq edir. Onlara susmaq üçün rəsmi xəbərdarlıq edir.
Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətdən vətəndaşlara qarşı həyata keçirilən repressiya, qanunsuz həbslər və işgəncə hallarını durdurmağı, səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edir''-deyə bəyanatda vurğulanıb.
Загрузка...
Xəbər lenti
-
14:49DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
-
13:39Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
-
13:37Bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar
-
13:35Bakıda 12 minlik saat oğurlandı
-
23:26Özünü polis kimi təqdim edən şəxs saxlanıldı
-
23:23Ali Baş komandanın təltif etdiyi polkovnik Vəlişov həbs edildi - Lələtəpəyə bayraq sancıb
-
19:09Yanğına görə yollar bağlandı
-
17:52Bakıda məşhur bazar yanır
-
17:31"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
17:24"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
17:20Elvin İsayev Azərbaycana deportasiya edildi
-
12:06Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
-
11:49Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı
-
11:45Atambayev qətldə ittiham edilir
-
11:44“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub
-
11:41Zamirə Hacıyeva Britaniyanın qanunlarını dəyişdirmək istəyir - ONU TARİXƏ SALAN QƏRARIN LƏĞVİNƏ ÇALIŞIR
-
11:35Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
11:25Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
23:28"Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə
-
23:08Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət
"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
Video, Cəmiyyət
"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
Cəmiyyət
Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
Foto, Cəmiyyət
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
Cəmiyyət
Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
Cəmiyyət
Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
Cəmiyyət
Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
Cəmiyyət
Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
Cəmiyyət
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb