Reportyor saxlanılıb

Reportyor saxlanılıb
Reportyor Anar Abdullayev bu gün Təhsil Nazirliyi qarşısında Siyəzəndən olan müəllimə Ceyran Rəhbərinin etiraz aksiyasını işıqlandırarkən saxlanılıb. Hadisə yerindəki şahidlərin verdiyi məlumata görə, çəkiliş zamanı Abdullayevə hücum edilib.
"Çəkiliş edirdik. Həmin zaman polis bizim vəsiqələrimizi istədi. Birdən Tural Qarayev adlı şəxs yaxınlaşdı Anara və "massonlara işləyirsiniz" deyərək, başladı ona əl-qol atıb, təhqir etməyə. Hadisə yerində polisə isə "tutun bunu" deyirdi. Polis əməkdaşları Anar Abdullayevi və Tural Qarayevi saxlayaraq Nərimanov Rayon 18-ci polis bölməsinə apardılar. Artıq bir saatdan çoxdur polis bölməsindədirlər”, deyə jurnalist Ülviyyə Əlibildirib.
Tural Qarayev 2019-cu il aprelin 17-də müxalif siyasətçi Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum etməsi ilə tanınır. Yeniyetmənin anasının şikayətindən sonra Qarayev kiçik xuliqanlıq ittihamı ilə 15 gün müddətinə həbs edilib.

Xəbər lenti