Çörəkpulu qazanmağa getdi, ailə faciəsi baş verdi Çörəkpulu qazanmağa getdi, ailə faciəsi baş verdi

Çörəkpulu qazanmağa getdi, ailə faciəsi baş verdi
Загрузка...
Bir neçə gün əvvəl Kürdəmirdə evdə baş vermiş partlayış 3 uşağı yetim qoydu. Criminal.az xəbər verir ki, ailə başçısından sonra, onun ağır yaralanan həyat yoldaşı da vəfat etdi.
Paytlayış aprelin 21-də Kürdəmirdə "Cənub məhəlləsi” adlanan ərazisində baş verib. 
Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən partlayış baş verib. Nəticədə 31 yaşlı Anar Əsədov dünyasını dəyişib, 34 yaşlı Qəndab Hüseynova, 8 yaşlı İlahə Əsədova, 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyad Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər Q.Hüseynovanın da həyatını xilas edə bilməyiblər. O, dünən vəfat edib. 
 A.Əsədov əslən İmişli rayonundandır. Uzun müddət ailəsini dolandırmaq üçün sosial yardım almaq üçün çalışıb, buna nail olmadıqda isə iş üçün ailəsini götürərək Kürdəmirdə gedib. Orada 350 manat maaşa maldarlıq edirmiş. Q.Hüseynova isə orta məktəblərdən birində 75 manata xadimə işləyirmiş. 
Загрузка...
Загрузка...

Xəbər lenti