Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu

Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu
Загрузка...
 Xəzər dənizində neftçi itkin düşüb. Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, "Azgerneft” MMC-nin işçidir: "İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.
Загрузка...
Загрузка...

Xəbər lenti