“Rəis müavini məni dizüstə çökdürdü, üzr istəməyə məcbur etdi və bunu telefonla çəkdi”

30 Yanvar 2021, 12:29
30 Yanvar
2021
12:29
218
Mingəçevir sakini polis şöbəsində təhqir və fiziki zora məruz qaldığını iddia edir
"Rəis müavini öz otağında məni sillə-təpiklə vurdu, küçə söyüşləriylə təhqir etdi, sonra da dizüstə çökdürdü, üzr istəməyimi tələb etdi”.
Mingəçevir şəhər sakini Sərdar Əsgərov Criminal.az-a danışır ki, yanvarın 26-da səhər saatlarında onu yaşadığı evin qarşısından zorla maşına mindirərək Mingəçevir şəhər polis şöbəsinə aparıblar. Orada şöbənin rəis müavini onunla kobud davranıb, sosial şəbəkələrdəki yazılarına görə üzr istəməsini tələb edib.
"Məni maşına basıb polis şöbəsinə apardılar”
"Səhər saat 10 radələrində yaşadığım ünvanın qapısını mülki geyimli bir nəfər döydü. Dedi, onu mənim dalımca Mingəçevirin Məşğulluq Mərkəzindən göndəriblər, guya mənə iş təklifi var və onunla birlikdə Məşğulluq Mərkəzinə getməliyəm. Qapıya çıxdım, dedim, maraqlıdır, axı mən iş üçün heç yerə müraciət etməmişəm. Elə həmin adamla danışırdım ki, qəfil daha üç mülkigeyimli şəxs mənə hücum etdi, sən demə bunlar Məşğulluq Mərkəzindən yox, polis şöbəsindən gəliblər, polis işçiləridir. Beləcə, məni aldadıb, evdən çıxarıb, azyaşlı övladımın gözü qarşısında zor tətbiq edərək maşına mindirib polis şöbəsinə götürdülər”.
Sərdar Əsgərovun sözlərinə görə, onu şöbənin binasının 3-cü mərtəbəsinə - rəis müavini Cavid Talıbovun otağına çıxarıblar. Otağa daxil olan kimi rəis müavini onu təhqir edib.
"Otağa girən kimi məni silləylə, təpiklə vurdu”
"Mənə sillə-təpik vurdu, nəsil-nəcabətimin ünvanına elə söyüşlər işlətdi ki, dilimə gətirə bilmirəm. Dedi, sən kimsən ki, icra hakimiyyətinin başçısına, polis rəisinə sosial şəbəkələrdə ağzına gələni yazırsan, deyirsən? Sonra məni diz çökməyə, üzr istəməyə məcbur etdi. Polis işçiləri boynumun ardından, ayağımdan vuraraq mənə zorla diz çökdürdülər. Cavid Talıbov isə əlində telefonla məni çəkməyə başladı və tələb etdi ki, üzümü telefonun kamerasına tutub icra hakimiyyətinin başçısından da, polis rəisindən də üzr istəyim”, - şikayətçi bildirir.
Sərdar Əsgərov deyir, polis şöbəsinə aparılmamışdan əvvəl o, "Facebook” səhifəsində Mingəçevir Mənzil Abadlaşdırma İdarəsində dalandar vəzifəsində işləyən qadınların 2 ildən çoxdur maaş almamaları, pandemiya vaxtı yardımlardan məhrum olmaları ilə bağlı həm yazılı, həm də canlı yayım şəklində çıxışlar edib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu, aksiya keçirən dalandar qadınların aksiyasına mane olan Mingəçevir Şəhər Polis İdarəsinin rəisini tənqid edib. Polis şöbəsinin rəis müavini də ondan aşağılayayıcı şəkildə tələb edib ki, həm başçıdan, həm polis rəisindən üzr istəsin.

Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının hüquq şöbəsinin müdirinin cavab məktubu
"Xırda xuliqanlıq adıyla 50 manat cərimələndim”
Sərdar Əsgərovun deməsinə görə, həmin gün məhkəmə onu cərimələyəndən sonra evə buraxılıb. Şöbəyə gətirilərkən əlindən alınmış iki telefonunu isə şöbənin rəis müavinindən zorla geri ala bilib:
"Yanvarın 26-da saatlarla polis şöbəsində saxlanıldıqdan sonra məni təxminən saat 16 radələrində məhkəməyə apardılar, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiylə 50 manat cərimələdikdən sonra evə buraxdılar. Ancaq telefonlarım rəis müavinində qalmışdı və bir neçə günlük süründürməçilikdən sonra nəhayət, telefonlarımı geri ala bildim. Hər iki telefonu format etmişdilər deyə, sosial şəbəkələrdəki səhifələrim silinmişdi. Rəis müavini məni hədələdi ki, bir də sosial şəbəkələrdə yazsam, bir yolunu tapıb, məni həbsə atdıracaq”.
Mingəçevir Şəhər Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, Sərdar Əsgərov yanvarın 26-da xırda xuliqanlığa görə saxlanılıb, barəsində inzibati protokol tərtib olunub, Mingəçevir Şəhər Məhkəməsinə göndərilib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiylə təqsirləndirilərək 50 manat məbləğində cərimələnib. Polis şöbəsindəş bildirilib ki, Sərdar Əsgərovun təhqirə və fiziki təzyiqə məruz qalmasıyla bağlı dedikləri həqiqətəuyğun deyil.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Sərdar Əsgərovun başçının sifarişiylə tutularaq polis şöbəsinə aparılmasıyla bağlı dedikləri böhtandır.
İcra hakimiyyəti onun sosial şəbəkələrdəki çıxışlarını şər, böhtan adlandırıb. Qurumdan Meydan TV-yə bildirilib ki, hətta Sərdar Əsgərova rəsmi məktub göndərilərək xəbərdarlıq da olunub.
DİN: "Sərdar Əsgərovun sosial şəbəkələrdə yayılan sonuncu müraciəti də müvafiq qaydada araşdırılacaq"
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Mingəçevir şəhər sakini Sərdar Əsgərovun polis şöbəsində təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Criminal.az-a bildirib ki, S.Əsgərovun polis tərəfindən əsassız olaraq tutulması və guya döyülərək videoya çəkilməsi barədə sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. Həmin fikirlərin heç bir hüquqi əsası yoxdur.
Əslində, yanvarın 26-da Mingəçevir şəhər ərazisində, ictimai yerdə S.Əsgərov ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb, ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verib ki, bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. Həmin şəxs polis şöbəsinə gətirilib və barəsində protokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 50 manat məbləğində cərimə olunub.
S.Əsgərov məhkəmə iclasında əsəbi olduğu üçün səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini etiraf edib və tutduğu əməldən peşman olduğunu bildirib.
Bununla belə, S.Əsgərovun sosial şəbəkələrdə yayılan sonuncu müraciəti də müvafiq qaydada araşdırılacaq və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Audio, Cəmiyyət
“Rəis müavini məni dizüstə çökdürdü, üzr istəməyə məcbur etdi və bunu telefonla çəkdi”
-
Audio, Cəmiyyət
Ermənilər döyüşdə PKK-çılardan istifadə edir - DTX səsyazısı yaydı
-
Audio, Cəmiyyət
Nazirlik ermənilərin təxribat xarakterli səs yazısını yaydı
-
Audio, Cəmiyyət
Mehman Hüseynov Fərəc Quliyevin səs yazısını yaydı
-
Audio, Cəmiyyət
Vəkil: Tarixdə az rast gəlinib - dustaq vəkilin hüququnun müdafiəsi üçün aclıq edir
-
Audio, Cəmiyyət
Taleh Bağırovun həyat yoldaşı: "Ona təzyiq edəcəklərini düşünürlərsə, yanılırlar"
-
Audio, Cəmiyyət
Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı