"Rəis məhbusları lüt soyunduraraq ayaqyolunu bir-birlərinin üzərinə etməyə məcbur edir"

Загрузка...
Ədliyyə Nazirliyi Penitensiar Xidmət 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslara işgəncə verilməsi iddiasına münasibət bildirib. Criminal.az xəbər verir ki, iddianı ictimai fəal İlkin Rüstəmzadə yayıb.
O, bu barədə məlumatı məhbusların yaxınlarından aldığını bildirib: "Müəssisə rəisi Çingiz Yunisov karserə saldığı məhbusları lüt soyunduraraq bir-birinin üzərinə bağlayır, ayaqyolunu bir-birlərinin üzərinə etməyə məcbur edir. Bununla islah olunmayan məhbusları karserdə qandalla asır və ya çarmıxa çəkir (həbsxana metoduyla)”. 

 
Çingiz Yunisov 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında səsləndirilmiş iddiaların əsassız olduğunu bildirib: "Cəfəngiyatdır. Elə şeylər olmayıb və ola da bilməz. Beynəlxalq qurumların, Ədliyyə Nazirliyinin nümayəndələri, Ombudsman hər zaman məhbuslarla görüşür, onların vəziyyəti ilə maraqlanır. Daimi olaraq məhbusların saxlanılma şəraiti, beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması ilə bağlı məlumat alınır və araşdırmalar aparılır”.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər