Reina terrorçusuna 1368 il həbs cəzası verildi

Reina terrorçusuna 1368 il həbs cəzası verildi
2017-ci ildə İstanbulun Ortaköy rayonunda Reina gecə klubunda yeni il axşamı terror törədən Özbəkistan vətəndaşı Abdulqadir Maşaripova hökm oxunub. "Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, hökmə əsasən terrorçuya 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Maşaripov ümumilikdə 1368 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, terror zamanı 39 nəfər dünyasını dəyişmiş, 79 nəfər isə yaralanmışdı. Ölənlər arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya, İsrail vətəndaşları da var idi. Terror zamanı Rusiya vətəndaşı olan azərbaycanlı Nuranə Həsənova da dünyasını dəyişmişdi.
2 min xüsusi təyinatlının iştirakı ilə keçirilmiş 4 əməliyyatdan son anda qurtulan Maşaripov hadisədən 17 gün sonra Esenyurtda bir evdə tutulmuşdu. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.

Xəbər lenti