Rəhim Qazıyevin keçmiş kürəkəni tutuldu

Rəhim Qazıyevin keçmiş kürəkəni tutuldu
Загрузка...
Sabiq müdafiə naziri Rəhim Qazıyevi döyən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Criminal.az-ın sorğusuna cavab olaraq bildirdi ki, həqiqətən də fevralın 19-da R.Qazıyevə xəsarət yetirilib. Qurum rəsmisinin sözlərinə görə, ona qarşı həmin hərəkəti edən isə keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğludur.
Dərhal hadisə yerinə polis əməkdaşları gəlib. Müvafiq tədbirlər görülüb. Nəticədə Ramil Əzizov şübhəli şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, R.Qazıyevə hücum edən şəxs ona üzündən xəsarət alıb, gözünün ətrafında göyərti izləri yaranıb. Hadisə Yasamal rayonu ərazisində, R.Qazıyevin yaşadığı evin yaxınlığında baş verib.  R.Qazıyev döyülməsini təsdiqləsə də, səbəbi barədə açıqlama vermək istəmədi. Şəxsi məsələ olduğunu deməklə kifayətləndi.
 Criminal.az-ın əldə etdiyi məlumata görə, R.Qazıyevi kürəkəni ailə münaqişəsi zəminində döyüb. Bundan qabaq isə kürəkən R.Əzizov R.Qazıyevin qızı olan keçmiş həyat yoldaşının maşınının təkərlərini deşib. 

Xəbər lenti