Rəhim Qazıyev döyüldü Rəhim Qazıyev döyüldü

Rəhim Qazıyev döyüldü
Sabiq müdafiə naziri Rəhim Qazıyev hücuma məruz qalıb. Criminal.az-a verilən məlumata görə, bu gün naməlum şəxs R.Qazıyevi döyərək qaçıb. O, üzündən xəsarət alıb, gözünün ətrafında göyərti izləri yaranıb. Hadisə Yasamal rayonu ərazisində, R.Qazıyevin yaşadığı evin yaxınlığında baş verib.
Hadisənin səbəbi bilinmir.
R.Qazıyev döyülməsini təsdiqləsə də, səbəbi barədə açıqlama vermək istəmədi. Şəxsi məsələ olduğunu deməklə kifayətləndi.

Xəbər lenti