REAL fəalı saxlanılıb

REAL fəalı saxlanılıb
Загрузка...
REAL Partiyasının fəalı Emin Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olundu və o, məhkəmə qarşısına çıxarılıb. REAL-ın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, mayın 4-də Babayevə iki nəfər yaxınlaşaraq polis bölməsinə getməsini istəyib.
Polis bölmədə onun barəsində "küçədə nalayiq ifadələrlə telefonla danışarkən polisin qanuni tələblərinə tabe olmaması" ilə bağlı protokol tərtib edilib, amma ona ünvanlanmış sualların çoxu sosial şəbəkələrdə fəaliyyəti və REAL Partiyası barədə olub. Mayın 4-də Emin Babayevi Səbayil Rayon Məhkəməsinə aparıblar. Hakim İlkin Rüstəmli qərarın çıxarılmasını təxirə salaraq, prosesi mayın 6-na təyin ediib.
Mәhkәmә Babayev barədə qәrarını elan edənədək onu sərbəst buraxsa da Sәbail rayonun polisi hələ də fəalı saxlamaqda davam edir. Cəfərli bildirib ki, ittihamlar həqiqətini əks etdirmir, partiya fəalının fəaliyyəti ilə bağlıdır. Polis falın saxlanması ilə bağlı hələ məlumat yaymayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti