“Range Rover”in sürücüsü ilə bağlı daha bir açıqlama

“Range Rover”in sürücüsü ilə bağlı daha bir açıqlama
Загрузка...

Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən "Range Rover”in sürücüsü azadlığa buraxılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 30-u saat 22 radələrində Mahir Əsədov idarə etdiyi "Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi "Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və S.Məmmədov hadisə yerindən qaçıb.

Nizami rayon məhkəməsi hadisə yerindən qaçdığı üçün Seyhun Məmmədovu həbs edib, piyadanı vurub onun maşınının altına atan və hadisə yerində qalan Mahir Əsədovu isə sərbəst buraxıb.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

***

"Range Rover” markalı avtomobilin sürücüsü Mahir Əsədovun qayınatası Nair Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, kürəkəni hələ də polis şöbəsində saxlanılır: "Bu qəzada onun günahı olmayıb. Həmin yolda saat 50-60 kilometr sürətlə getdiyi vaxt həmin adam orta zolaqdan qəfildən onun maşınının qarşısına qaçıb. Mahir əyləci basıb və adama toxunub. Həmin şəxsin kimliyi əvvəl bilinmirdi, sonra öyrəndik ki, 40 yaşlarında Rüfət adlı adamdır. Hadisə vaxtı da aşırı dərəcədə sərxoş olub. Mahirin maşınına dəyəndən sonra yıxılıb digər zolağa düşüb. Kürəkənim maşından düşənə kimi "Mercedes” onun üstündən keçib. Deyilənə görə, Seyhun Məmmədov özünü itirdiyi üçün maşını arxaya sürüb və ikinci dəfə onun üstündən keçib. Rüfət hazırda xəstəxanadadır, həkimlər deyir vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Qohumları da bizdən şikayətçi deyillər, bu gün prokurorluğa gedib ərizələrini veriblər”.

Загрузка...
Загрузка...

Xəbər lenti