“Range Rover” aşdı - Üç ailə üzvü yaralandı “Range Rover” aşdı - Üç ailə üzvü yaralandı

“Range Rover” aşdı - Üç ailə üzvü yaralandı
Загрузка...
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Ucardan keçən hissəsində qeydə alınıb. "Range Rover”in sürücüsünün idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxaraq yuvarlanıb.
Qəza zamanı avtomobil yararsız hala düşüb. Maşında olan bir ailənin üzvləri -1970-ci il təvəllüdlü Firuzə İbrahimova, 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt bağlı araşdırma aparılır.



Загрузка...
Загрузка...

Xəbər lenti