"Rang Rover"lə iki nəfərin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayıb

Загрузка...

"Range Rover”lə iki nəfərin ölümünə səbəb olan qəza törədən polis əməkdaşı məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun himayəsində iki azyaşlı övladı var. Prosesdə zərərçəkmişlər, dünyasını dəyişənlərin hüquqi varisləri iştirak etməyib.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. Xəyal Məmmədovun yüksək sürətlə idarə etdiyi "Range Rover” Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobillə toqquşub. Qəza zamanı "Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan polis serjantı Xəyal Məmmədov hadisə yerindən qaçıb. O, daha sonra həbs edilib.

Загрузка...
Загрузка...

Xəbər lenti