“Ramoş”la “Saşa” saxlanılıb “Ramoş”la “Saşa” saxlanılıb

“Ramoş”la “Saşa” saxlanılıb
Загрузка...
 Gəncə şəhərində kriminal aləmin üzvü olan silahlı şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd "Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, B.Səmədov kriminal aləmdə "Ramoş” ləqəbi ilə tanınır. 

***
Onun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa” ləqəbli Sabir Şabanov da saxlanılıb. Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb. B.Səmədovun digər kriminal əlaqələri İdarənin əməkdaşlarına məlumdur və bununla bağlı onun ətrafında əməliyyat axtarış tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti