Ramiz Rzayev yola salınır, Ali Məhkəmənin sədri Çingiz Əsgərov olacaq

Ramiz Rzayev yola salınır, Ali Məhkəmənin sədri Çingiz Əsgərov olacaq
Загрузка...
Ali Məhkəmənin sədri Ramiz Rzayev yola salınır. Belə iddianı tanınmış vəkil Cavad Cavadov irəli sürüb. Vəkilin sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hökümətin nümayəndəsi Çingiz Əsgərovun Ali Məhkəmənin sədri təyin edilməsi ehtimalı yüksəkdir. Onun bu posta gətiilməsinin səbəblərindən biri də Avropa Məhkəməsinə göndərilən işlərin qarşsının alınmasına hesablana bilər. 

Çingiz Əsgərov 
C.Cavadov daha sonra yazır ki, Ali Məhkəməyə hakim təyin edilməsinə namizədliyi irəli sürülmüş Bəhman Qəribov əvvəll Konstitusiya Məhkəməsinin hakimi olub. Sonradan onun səlahiyyət müddəti uzadılmayıb. Vəkil hesab edir ki, B.Qəribova münasibətdə yalnıışlıq olub. Buna səbəb onun məruzəsi ilə Konstitusiya Məhkəməsi tərəfindən çıxarılan prinsipial qərarların bəzi hakimiyyət dairələrində (həmin vəzifəli şəxslər artıq yoxdur) ciddi narazılığa səbəb olması olub. Bu qəzəbə tuş gələn hakimlərdən biri həmin vaxt Eldar Məmmədov olub.
C.Cavadov qeyd edir ki, hal-hazırda Bəhman Qəribov Ali Məhkəmədə şöbə müdiri vəzifəsində işləyir. Vəkil əminliklə vurğulayır ki, onun Ali Məhkəmədə hakim kimi fəaliyyəti çox pozitiv olacaq.

Xəbər lenti