Ramin Hacılının həbs müddəti yenə uzadıldı

Ramin Hacılının həbs müddəti yenə uzadıldı
Загрузка...
İstintaq daha 1 ay davam edəcək
Noyabrın 27-də Nərimanov Rayon Məhkəməsi dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən "Azərbaycan-Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb. Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Ramin Hacılının həbs müddəti daha bir ay artırılıb. ("Report”)
Bu ilin iyulun 30-da QHT rəhbərinin həbs müddəti 2 ay 15 gün artırılmışdı. Həmin gün bəlli olmuşdu ki, istintaq Ramin Hacılıya əlavə ittihamlar elan edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Ramin Hacılı iyunun 4-də saxlanılıb. Onun Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığında saxlanıldığı bildirilir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb. Bildirilib ki, Ramil Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.
2017-ci ilin oktyabrında Ramin Hacılı 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti