Ramil Usubovun 70 yaşı oldu - 24 ildir nazirdir

Ramil Usubovun 70 yaşı oldu - 24 ildir nazirdir
Загрузка...
Bu gün daxili işlər naziri Ramil Usubovun doğum günüdür. Criminal.az xəbər verir ki, general polkovnikin bu gün 70 yaşı tamam olub.
Azərbaycanın sayca 7-ci daxili işlər naziri olan Usubov 29 aprel 1994cü ildən bü günədək Azərbaycanın daxili işlər naziridir.
R. Usubov 1948-ci il dekabrın 22-də Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. 1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə isə general-polkovnik hərbi rütbəsi verilib.
Ailəlidir, üç övladı var. 
Загрузка...
Загрузка...

Xəbər lenti