Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?

15 Avqust 2019, 21:18
15 Avqust
2019
21:18
2461
Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. Criminal.az vəkilin "facebook" profilində tanınmış hərbiçi barədə yazdıqlarını təqdim edir:
MƏN NECƏ OPERATOR OLDUM
"Bu yazını məhkəmə prosesində baş vermiş və yəqin ki, mənim qədər sizləri də təccübləndirəcək bir olayla başlamaq istəyirəm. Məhkəmə iclaslarından birində dövlət ittihamçısı Veronika Kışş sədrə müraciət etdi ki, zalda məhkəməni müşahidə edənlərdən kimlərsə fotolar çəkir. Onun fikrincə prosesdə yalnız jurnalistlər bunu edə bilər. Bundan sonra sədrlik edən zalda şəkil çəkən azərbaycanlıdan jurnalist vəsiqəsini tələb etdi.
Həmin şəxs jurnalist olmasını lakin vəsiqəsini oteldə unutduğunu dedi. Sədrlik edən zalda olan jurnalistlərin vəsiqələrinə baxdıqdan sonra bildirdi ki, məhkəmə prosesində yalnız jurnalist vəsiqəsi olan şəxslər çəkiliş apara bilərlər. Yazdıqlarım məhkəmənin iclas protokolunda öz əksini tapıb. Yəqin ki, nə vaxtsa bizim məhkəmələr də jurnalistlər üçün bu şəraiti yaradacaqlar".
Vəkil daha sonra yazır:
Jurnalistlərdən söhbət düşmüşkən bir xatirəmi də paylaşım. Sonuncudan əvvəlki məhkəmə iclasında ANS-in təsisçisi Vahid Mustafayev iştirak edirdi. O, mənə dedi ki, Ramil Səfərovla müsahibə etmək istəyir, bu mümkündürmü? Vahidin xahişini Səfərovun vəkillərinə çatdırdım. Onlar hakimlə danışıb razılıq aldılar və həmin gün Mustafayev indi çoxlarınızın baxdığı müsahibəni etdi. Vahid Mustafayevin operatoru olmadığından həmin müsahibəni peşəkar kamera ilə mən çəkmişəm. Çəkilişdən qabaq Vahid mənə kameradan necə istifadə edəcəyimi başa saldı. Operatorluğum vəkilliyimə çatmasa da, məncə yazıçılığımdan pis alınmayıb.
DİDƏRGİN OMONÇUNUN ARZUSU
2006-cı ildəki məhkəmə proseslərində bir nəfər daim iştirak edirdi. Onun barəsində yazmağı özümə borc bilirəm. Həmyerlimiz olan bu şəxs məhkəmədən əvvəl mənə yaxınlaşıb özünü təqdim etdi. İdmançı bədən quruluşlu təxminən 35-40 yaşlı bu şəxsin danışdıqlarından məlum oldu ki, o vaxtı ilə macəra axtarışı ilə 20 yaşlarında Qazax OMON-una qoşulanlardan biri olub.
1995-ci ildə OMON hadisələrindən sonra Azərbaycanı tərk edib. 2003-cü ildə saxta pasportdan istifadə etdiyi üçün Budapeştdə həbs olunub. Ramil Səfərov həbs edilən vaxt onunla eyni həbsxanada, hətta eyni mərtəbədə imiş və Səfərova həbsinin ilk dönəmlərində əlindən gələn yardımı edib. Ramil mənə onun dediklərini təsdiq etdi. Vətənindən didərgin düşən 08 dekabr 1973-cü il təvəllüdlü həmin OMON-çu 25 ildir ki, qaçaqdır.
Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində onun barəsində 57-ci maddə ilə cinayət işi başlanaraq axtarışa verilib. Mən vətənə qayıtdıqdan sonra bir neçə dəfə ona kömək etməyə çalışsam da, prokurorluqla olan gərgin münasibətlərim buna imkan vermədi. Adının çəkilməsini istəməyən həmin şəxs bu yazını oxuyandan sonra məni aradı və çox xahiş etdi ki, mümkündürsə yazıda onun vətənə qayıtmaq və yaşlı valıdeynləri ilə görüşmək arzusunu müvafiq qurumlara çatdırım. Adının çəkilməsini istəməməsinin iki səbəbi olmasını dedi, bir özünü reklam etmək istəmədiyi, iki bundan sonra hüquq-mühafizə orqanlarımızın ona kömək etmək əvəzinə tutulmasından ötrü daha intensiv hərəkətə keçəcəyindən ehtiyatlandığı üçün.
Mən onun arzusunu paylaşdım. Bilirəm ki, səhifəm hüquq-mühafizə orqanları tərəfindən daim izlənilir. Onların həmyerlimizin arzusunu gerçəkləşdirmək üçün əməli addımlar ataçağına ümidim var. Beləcə bu yazımın da bir vətəndaşımıza faydası olardı...
Davamı olacaq...
Xəbər lenti
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
-
15:51Putin Qarabağla bağlı növbəti addımları müzakirə etməyi təklif etdi
-
15:50İlham Əliyev və Nikol Paşinyan müharibədən sonra ilk dəfə Moskvada görüşür
-
14:02İlham Əliyev Moskvadadır
-
13:33Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? - EKSPERTLƏR DANIŞIR
-
12:25Vilayət Eyvazovdan yeni təyinat
-
12:24Ərdoğan “WhatsApp”dan imtina etdi
-
16:30Əli Nağıyev Armen Abazyanla görüşüb
-
16:14Bakıda məşhur polis rəisinin atası həbs edildi - ŞOK CİNAYƏT
-
14:46AMEA şərəfli döyüş yolu keçən əməkdaşı, zabit Ramin Qəribovla bağlı veriliş hazırladı
-
14:34Cəbrayıl istiqamətində daha 3 erməni hərbçinin "cəsədi tapılıb"
-
14:32Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
13:55Kürdəmir yolunda daha bir qəza: Polis maşını yararsız hala düşdü
-
13:21''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''
-
12:20Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
12:17Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
12:14İsa Həbibbəyli vəzifəsindən azad olundu
-
16:17Xankəndi uğrunda şəhid olan Kəmaləddin - “DEDİ 3 DOSTUM GÖZÜMÜN QABAĞINDA ŞƏHİD OLDU, QİSAS ALACAĞAM...”
-
16:12Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR
-
15:59Şəhid Milli Qəhrəmanın oğluna YAŞAT Fondunda vəzifə verildi
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
11 Yanvar 2021
09 Yanvar 2021
08 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Dosye
"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"
-
Manşet, Dosye
“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...
-
Manşet, Dosye
"Dustaqlar deyirdi ki, Çovdarovu "sever"ə aparıb, üzdəniraq edəcəyik!" - Keçmiş müstəntiq "Akif baba" haqda yazır
-
Manşet, Dosye
Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: “Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI
-
Manşet, Dosye
Əsrin cinayətini tördənlər niyə cəzasız qalmaqdadır - Sabiq təhlükəsizlik zabitinin III SENSASİON YAZISI
-
Manşet, Dosye
Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar...
-
Manşet, Dosye
İsgəndər Həmidovun ona ittiham verən müstəntiqə cavabı: "Sənin kimi bir .... məhkəmədə olacaq və ..."
-
Manşet, Dosye
Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?