Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?

24 Mart 2021, 18:46
24 Mart
2021
18:46
3474
"2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”. Bunu Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirib:
"Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanıb bunların boş söhbətlər olduğunu deyir. Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə... Yadımdadır, 2017-ci ildə bu haqda bloq yazımı dərc edəndə diqqəti ondan yayındırmaq üçün mətbuata təcili göndərilmiş bir "sensasion" yazı atdılar. Sonra da unutdular əlbəttə...
Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə modernləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin qarşısında toy generalı Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi.
Əvəzində isə 2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması" bəhanəsi ilə. Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu.
Əks halda 2020-ci il savaşında nə bayrakdarlar, nə haroplar, nə baraklar, nə də loralar olmayacaqdı. Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər. Bunun nəticəsinin nə ola biləcəyini isə deməyə yəqin ki, xüsusi ehtiyac yoxdur”.
Ekspertin sözlərinə görə, Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub:
"Onun yerinə gətirilənlərdən biri - Hicran Rüstəmzadə dəniz xüsusi təyinatlılarına barəsində yazdığım Cəfər Seyidovu rəis təyin edir və sonra da Seyidovun rəhbərliyi altında həmin dəstə Tərtər qarnizonunun şərlənmiş hərbçilərinə vəhşicəsinə divan tutur. Nəhayət, Tərtər qətliamında xüsusi canfəşanlıq göstərənlərin baş qərargaha və müdafiə nazirliyinin digər qurumlarına vəzifələrə çəkilməsi də birbaşa xain Sadıkovun planı üzrə baş verirdi. Baş qərargah 2020 savaşından 2 il əvvəl snayper hazırlığı proqramını ləğv edir və komandirlərə düşmənin silah-sursatının sayı haqda rəqəmləri azaltmağı tapşırır.
Yeri gəlmişkən, bunun əlimizdə səs qeydləri şəklində sübutları da var. Belə fəaliyyətin nəyə hesablandığını və hansı nəticələr verə biləcəyini anlamaq üçün isə Suvorov və ya Napoleon olmağa ehtiyac yoxdur məncə.
Sadıkovun fəaliyyətini 10 ildən artıqdır diqqətlə izləyən biri kimi onun cinayətlərini saatlarla sadalaya bilərəm, amma elə bunlar kifayət edir ki, bir neçə suala cavab axtaraq:
1. Oktyabrın ilk günlərində "yanlış" döyüş planı təqdim edərək ordunu itkilərə məruz qoyduğuna görə prezident tərəfindən kənarlaşdırılan Sadıkov niyə həbs olunmadı?
2. Onun fəaliyyətinin yoxlanılması üçün niyə istintaq-əməliyyat qrupu yaradılmadı?
3. O, ölkədən xaricə niyə və kimin qərarı ilə buraxılıb?
4. Onun vəzifədən azad edilməsi barədə əmr və ya sərəncam bu günədək niyə yoxdur?
5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi bu gün kimdir?
Nəhayət, sonda bir sualım da var: nə vaxtadək bu ölkəyə məqsədli ziyan vuran satqınlar, xainlər və cinayətkarlar mükafatlandırılacaq, vicdanlılar isə belələri tərəfindən şərlənəcək, işgəncələrə məruz qalacaq və ödürüləcək?”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Dosye
“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük “içəri getdi”...
-
Manşet, Dosye
“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
-
Manşet, Dosye
Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
-
Manşet, Dosye
Ərdoğan həbsdəykən Heydər Əliyevin təlimatı ilə ziyarətinə gedən baş prokuror kimdi?
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?