“Quska”nın “podelnik”ləri azadlığa buraxıldı

“Quska”nın “podelnik”ləri azadlığa buraxıldı
Загрузка...
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, və Nazim Əliyevin məhkəməsi başlayıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. DSX əməkdaşları H.İbrahimov, Z.Quliyev və P.Kazımovun vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını istəyiblər. Məhkəmə bu istəyə "hə” deyib və onlar zaldan azadlığa buraxılıblar.
Hüseyn Abdullayev və anası haqqında cinayət işinə xitam verilməsi barədə vəsatətlər təmin edilməyib. Hüseyn Abdullayev vəsatətlərə münasibət bildirərkən təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu bildirib. Təzyiqlərə məruz qaldığını deyən sabiq deputat həbsdə olduğu bir il ərzində yaxınları ilə görüşmək və telefonla danışmaq hüququnun pozulduğunu bildirib. O, məhkəmədən hüquqlarının təmin olunmasını istəyib. Sabiq deputatın daha bir istəyi isə Almaniyanın Azərbaycandakı səfirinin məhkəmədə iştirakı olub. Çünki H.Abdullayevə Almaniyada sığınacaq verilmişdi. O, ötən ilin aprelində Türkiyədə olarkən saxlanılaraq, Azərbaycana təhvil verilib. Proses aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə 28 nəfər zərərçəkmiş var.

Xəbər lenti