Qusarda evdən ana-ata ilə 3 azyaşlının meyiti tapıldı

Qusarda evdən ana-ata ilə 3 azyaşlının meyiti tapıldı
Qusarda evdən bir ailənin 5 üzvünün meyiti tapılıb. "Qafqazinfo” xəbər verir ki, hadisə bu gün baş verib. Ailə üzvləri olan 5 nəfərin meyitləri mənzildə aşkar edilib. İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Hazırda ekspertiza təyin edilir. Məlumata görə, onlar dünən axşam saatlarında boğulublar.
***
Baş Prokurorluq hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərin birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağının ölməsi ilə bağlı məlumat daxil olub. Azyaşlılardan ikisi qız, biri oğlandır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Xəbər lenti