Qulluqçusu Zülfiyyə Xanbabayevanın evindən nə oğurlayıb?

Qulluqçusu Zülfiyyə Xanbabayevanın evindən nə oğurlayıb?
Загрузка...
Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək
Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində parfumeriya, 1520 manat məbləğində pul vəsaitini oğurlayıb. Sonra zərərçəkmiş müğənni Z.Xanbabayevanın məhkəməyə gəlmədiyi elan olunub. Buna görə də proses mayın 14-dək təxirə salınıb. (oxu.az)
Загрузка...
Загрузка...

Xəbər lenti