“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı

09 Oktyabr 2019, 14:57
09 Oktyabr
2019
14:57
5638
Azərbaycanlı qanuni oğru Nadir Səlifov ("Quli”) Türkiyədən Qətər Əmirliyinə köçüb.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumatda iddia olunur ki, Nadir Səlifovun Türkiyədən köçməsi rəqiblərinin onu aradan götürmək planları ilə bağlıdır. Lakin bu iddia bir qədər inandırıcı görünmür. Çünki Nadir Səlifov Türkiyədə daha sərbəstdir, digər tərəfdən "oğru dünyası”ndan onun tərəfdarları daha çoxdur.
Nadir Səlifovun Zaxari Kalaşov ("Şakro Molodoy”) və Badri Koquaşvili ("Badri Kutaisi”) kimi nüfuzlu "oğru”larla konflikti olsa da, Aslan Usoyandan ("Ded Xasan”) sonra kriminal dünyanın xaç atası hesab edilən Tariel Onianinin ("Taro”) klanına daxil olan Merab Canqveladze ("Merab Suxumski”) və onun ətrafı azərbaycanlı "qanuni oğru”nu dəstəkləyir.
Digər tərəfdən Nadir Səlifovun Türkiyənin yeraltı dünyasının nüfuzlu simaları ilə də dostluğu var. Həbsdən çıxandan sonra türk mafiyasının ən öndə gedənlərindən biri olduğu deyilən Sedat Pekerin onu ziyarətə gəlməsi deyilənlərin təsdiqi sayıla bilər.
Bu arada məlumat yayılıb ki, Nadir Səlifovun Qətərə köçdüyünü eşidən Badri Koquaşvili gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda Sedat Pekerlə görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla problemləri yoluna qoymaq məqsədi daşıyıb.
Lakin bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması xəbərinin Nadir Səlifova çatdığını eşidən kimi isə oradan Çexiyaya gedib. Bu fakt da Nadir Səlifovun Qətərə köıçdüyü barədə xəbərə şübhə ilə yanaşmağa əsas verir.
Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı konfliktin kökündə gürcü "qanuni oğru” Quram Çixladzenin ("Kvejoeviç”) vurulması dayanır. O, məhz Nadir Səlifovla görüşdə vurulub. Çixladzeyə əl qaldıran isə Nadir Səlifovun yaxın adamı hesab edilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev ("Arman Dikiy”) olub.
Sonradan Arman Cumagəldiyev Quram Çixladzenin statusundan xəbərsiz olduğunu bildirib.
Hadisədən xəbər tutatn Badri Koquaşvili isə Nadir Səlifovun "oğru” statusundan məhrum edilməli olduğunu bildirib və bu istiqamətdə iş aparmağa başlayıb. Fəqət, "oğru”lar arasında böyük dəstək qazana bilməyib. Əksinə, özünün "qanuni oğru” titulu şübhə altına alınıb.
İddia olunur ki, məsələnin şişməsində Zaxari Kalaşovun da rolu var. O, Nadir Səlifovun getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir nömrəli "qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb. Məlumat üçün deyək ki, hazırda həbsdə olan Zaxari Kalaşov Rusiyada ən güclü "qanuni oğru”lardan hesab edilir.
Məlumatlara görə, Badri Koquaşvilinin dəstək üçün müraciət etdiyi "qanuni oğru”lar ona konflikti dərinləşdirməməyi tövsiyyə ediblər. Onlar Quram Çixladzenin vurulmasının heç də "bespredel” olmadığını deyiblər.
Sən demə, Quram Çixladze Nadir Səlifovla görüşdə elə ilk dəqiqələrdən diskomfort yaradıb. O, "Quli” ilə əl verib görüşməyib. Bu azmış kimi onun yerində oturub və Nadir Səlifovla ötkəm danışmağa başlayıb. Bu zaman "Quli”nin yanında olan Arman Cumagəldiyev instinktiv olaraq Quram Çixladzeyə əl qaldırıb. Məsələni yoluna qoyan Nadir Səlifov bundan sonra Çixladze ilə barışmaq istəsə də, ikinci buna məhəl qoymayıb.
Badri Koquaşviliyə Zaxari Kalaşovun Nadir Səlifovla bağlı planlarının girovuna çevrildiyi deyilsə də, o, azərbaycanlı "qanuni oğru” bitirmək yolundan cəhdlərini davam etdirir.
İddia olunur ki, Nadir Səlifovu bitirmək üçün iki plan üzərində işlənilir. Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana "sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir. Hələ ki, bu planlar alınmır.
Nadir Səlifova qarşı Rusiya mətbuatının kampaniya aparması da diqqətçəkən məsələlərdən biridir. Rus mediası "Quli”ni nüfuzdan salmağa hesablanmış ən müxtəlif materiallar tirajlayır. Onun "sxodka”lardan qaçması, şəxsi həyatını ictimailəşdirməsi barədə dərc edilən məlumatları buna nümunə göstərmək olar. Lakin Nadir Səlifov bütün bunlara təmkinlə yanaşaraq heç bir tələyə düşməməyə çalışır.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Cinayət, Oğru dünyası
“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
Oğru dünyası
Rufo Gəncinski "proqon" yaydı: "Nihad Quli" vurulub
-
Manşet, Oğru dünyası
"Lotu Quli"ni tanımayan "Gəncəli Firdovsi"nin atası həbsxanada vəfat etdi - Prokuroru öldürmüşdü
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Oğru dünyası
"Qanuni oğru"lar "proqon" yaydı: "İlqar Dmanisski oğru deyil"
-
Oğru dünyası
"Rövşən Lənkəranski"nin düşməninə 8 illik HƏBS CƏZASI
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...
-
Oğru dünyası
Rövşən Lənkəranskinin "sağ əli" "Rufo Gəncinski" azadlığa çıxır - KRİMİNAL ALƏMDƏ ÇAXNAŞMA