Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş
Загрузка...
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı "Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub. Unikal.org xəbər verir ki, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimədir. Zeynalovlar Qubada yaşayır.
Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.
Bundan başqa A.Zeynalov Hüseynqulu Bağırov tərəfindən Qubada meşə fondu torpaqlarındakı "Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi haqqında xəbərlə gündəmə gəlmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti