Qroznıda qadın özünü partlatdı

Qroznıda qadın özünü partlatdı
Загрузка...
Naməlum qadın Qroznının Staropromıslovsk rayonunda nəzarət-buraxılış məntəqəsi qarşısında özünü partladıb. Bu barədə Çeçenistan Respublikasının daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən polis generalı Apti Alaudinov bildirib. Onun sözlərinə əsasən, məntəqəyə yaxınlaşan qadının qeyri-adi hərəkətlərindən şübhələnən polis əmkdaşları ondan səndələrini təqdim etməsini istəyiblər. Lakin o, tələbə məhəl qoymayaraq, nəzarət-buraxılış məntəqəsinə tərəf qaçıb.
Hüquq mühafizə orqanlarının əməkdaşları havaya xəbərdarlıq atəşi açdıqdan sonra isə qadın üzərində olan partladıcı qurğunu işə salıb. General bildirib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti