"Qoyunları satıb dörd min müstəntiqə, doqquz min hakimə verib azadlıqda qaldıq..."

Загрузка...
Qobustan rayonunda qoyunçuluqla məşğul olan fermer azadlıqda qalması üçün 13 min manat rüşvət verdiyini idda edir. Qobustan rayonu, Təklə kənd sakini Əfqan Məhərrəmov Criminal.az saytına bildirib ki, həmişə qoyunçuluq fermer təsərrüfatla məşğul olub ailəmin dolandırır. Onun sözlərinə görə, iki il əvvəl, 28 oktyabr 2017-ci il tarixində Şamaxı rayonun Acıdərə adlanan ərazisində Binyətov Aslan Paşa oğlu arasında fermada qoyunların saxlanması üstündə mübahisələri düşüb və bu mübahisə qardaşı Şənliyin də iştirak etdiyi davaya çevrilib: "Nəticədə hər iki tərəf yüngül bədən xəsarətləri alsa da, barəmizdə cinayət işi başlanıldı və Qobustan rayon Polis Şöbəsində işimizi baş müstəntiqi, Fərid Fətəliyev araşdırdı. O bizə, mənə və atama (Xanəhmədə) təklif etdi ki, 4000 manat verin Əfqanı yüngül maddə ilə cinayət işindən azad edim. Atam razılaşdı və qoyunları satıb qardaşım Şənliklə birlikdə 4000 manat pulu polis Fəridə otağında təqdim etdik. Lakin buna baxmayaraq məni Qobustan rayon Məhkəməsinə çağırdılar. Məhkəmə mənə və qardaşım Şənliyə qarşı müstəntiqin ittiham aktında göstərdiyi ağır maddələr üzrə təqsirli bilərək 17 iyul 2018-ci il tarixli hökm elan etdi. Polis Fətəliyev barəmizdə Cinayət Məcəlləsinin 221.3 127.2.3-cü maddələrini tətbiq etməklə işi məhkəməyə göndərmişdi". 

Əfqan Məhərrəmov 
Ə.Məhərrəmov deyir ki, hakimin insafı və vicdanı nəticəsində qardaşı və özü ağır cəza almayıb: "Polis Fərid Fətəliyev bizə verdiyi sözü tutmadı. Ona görə də hesab edirik ki, atam Xanəhmədin və qardaşım Şənliyin birlikdə ona verdiyi 4000 manat pulu geri qaytarmalıdır. Biz ona bir neçə dəfə xəbərdarlıq etsək də o vecinə almadı və bizə cavab belə vermədi".
Şikayətçi iddia edir ki, ağır cəza almaması, məhkəmə hakiminin insaflı və vicdanlı olması üçün də xeyli pul xəcləməli olub: "Məhkəmə gedişatı zamanı da biz qardaşların həbs olunmamağı üçün 15000 manat istədilər. Halbuki, qarşı tərəf istintaq zamanı heç bir şikayətlərinin və iddialarının olmaması barədə barışıq ərizələrini rəsmən vermişdilər. Buna baxmayaraq, məhkəmə də öz növbəsində heç nəyi nəzərə almadan bizdən 9000 manat pul alıb 1 il şərti cəza verdilər. Amma bunların hamısı əsassız idi. Çünki biz örüş sahəsi üstündə həmkəndlimizlə dava-dalaş edərkən biz qardaşlar da xəsarətlər almışdıq. Nəticədə baş müstəntiq Fərid Fətələyev də, hakim də qulluq mövqelərindən süi-istifadə edərək bizi maddi ziyana saldılar".
Müstəntiq F.Fətəliyev Criminal.az saytına iddialarla bağlı cavab vermək əvəzinə "ay bala, nəyi araşdırırsan?" deyərək telefonu bağladı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Criminal.az saytına bildirdi ki, Ə.Məhərrəmovun dedikləri həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir: "Vətəndaş polisin işgüzar nüfuzunu ləkələyir. İki il qabaq baş vermiş hadisə barədə indi müstəntiqi ittiham etməklə göstərir ki, polisə böhtan atır. 28 oktyabr 2017-ci ildə Əfqan və qardaşı Şənlik öz həmkəndliləri olan Aslan və Şahmar qardaşlarına qarşı xuliqanlıq ediblər. Fakt üzrə Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi başlanaraq istintaq aparılması üçün rayon Polis Şöbəsinə tapşırıb. İstintaq zamanı zəruri olan bütün prossesual hərəkətlər həyata keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertiza keçirilib. Ekspert rəyindən hər iki qardaşın xəsarət alması təsdiqlənib. İstintaq başa çatdırılaraq rayon məhkəməsinə verlib. Bir il əvvəl məhkəmənin 17 iyul hökmü ilə Əfqan 2 il 6 ay, qardaşı Şənlik isə 2 il azadlıqdan məhrum ediliblər. Əfqan adlı şəxs məhkəmədən qabaq da müxstəlif yüksək instansiyalara müraciət edib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı baş idarəsi tərəfindən aparılan araşdırma zamanı Əfqan Məhərrəmov izahatında qeyd edib ki, müstəntiqə pul verməyib, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Burada məqsəd müstəntiqi qanuni vəzifələrinin icrasından çəkindirmək olub". 



Загрузка...
Загрузка...

Xəbər lenti