İtlərdən qorunmaq istədi - Özünü bıçaqladı+Foto

İtlərdən qorunmaq istədi - Özünü bıçaqladı+Foto
Загрузка...

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. Criminal.az ans press-ə istinadən xəbər verir ki, paytaxdan rayonun Səfərli kəndinə qonaq gələn Vüqar Baxşəliyev qarın nahiyəsinin ön hissəsindən bir bıçaq zərbəsi alıb. Yaralı yaxınlarınının köməyi ilə Ağdam MRX-na çatdırılıb. 43 yaşlı Vüqar Baxşəliyev əməliyyat olunub. Vəziyyətinin stabil olduğu deyilir. 

 Yaxınlarının sözlərinə görə, o, həyətə düşərkən özünü itlərin hücumundan qorumağa çalışıb. Bu zaman yerə yıxılan Vüqarın əlində olan bıçaq qarnına girib. Həmin bıçaq artıq polis tərəfindən maddi sübut kimi götürülüb. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır. Polisin araşdırmasından sonra hadisənin hansı səbəbdən və necə baş verdiyi aydın olacaq.

Criminal.az

İtlərdənİtlərdən

Xəbər lenti