Məktəbli qız oğlana qoşulub evdən qaçdı - FOTO

Məktəbli qız oğlana qoşulub evdən qaçdı - FOTO
Загрузка...

Sumqayıt şəhərində 7-ci sinif şagirdi olan, 2001-cu il təvəllüdlü Səma Məmmədova itkin düşüb. Bu barədə yeniyetmənin anası Hüsniyyə Məmmədova məlumat verib. 

Criminal.az xeberle.com-a istinadən xəbər verir ki, Səma Məmmədova sentyabrın 2-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun tapılması istiqamətində tədbirlər həyata keçirilir. Məlumata görə, S.Məmmədova bir oğlanla həyət evlərinin birində kirayədə qalıb. Sonradan isə o evi tərk edib. 

Bu şəxsi görənlərdən aidiyyəti üzrə polis bölməsinə və ya Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət etmələri xahiş olunur.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti