Azərbaycanda hakimlər namus qətlləri törədənlərə niyə yumşaq cəzalar kəsir?

24 Sentyabr 2021, 13:13
24 Sentyabr
2021
13:13
1403
Bir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov (1998-ci ildə də adam öldürdüyü üçün həbsdə yatıb) məhkəmədə cinayət haqda danışıb.
"Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib.
Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb.
Məhkəmədə dindirilən H. Salamov ifadəsində bildirib ki, Gülər 2007-ci ildə qohumu Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub: "Qızım ailə qurduqdan sonra əri ilə Rusiyaya gedib 6-7 il orada yaşadılar, 2015-2016-cı illərdə Azərbaycana qayıtdılar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşanmağa başladı. Hadisədən 1 il əvvəl qızım Maştağada yerləşən kursda rus dili müəllimi kimi işləməyə başladı. Bundan sonra, qızımın hərəkətlərində dəyişikliklər hiss etməyə başladım”.
H.Salamovun sözlərinə görə, son aylarda qızı uşaqlarına qayğı göstərməyib: "Evin işləri ilə də məşğul olmurdu. 2020-ci ilin noyabr ayında qızımın bir nəfərlə münasibət qurduğunu, aralarında sevgi münasibətləri olduğunu öyrəndim. Ona belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailəmizi tanıyan şəxslərin qızım haqqında xoşagəlməz ifadələr işlətdiyini dəfələrlə dedim. Lakin qızım mənim sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini dedi”.
H.Salamov qızına nəzarət etmək məqsədilə həyat yoldaşı və oğlu ilə birgə onun evinə köçdüyünü deyib: "Qızım kişilərlə danışmasın deyə telefonunu əlindən aldım. Ona telefon işlətməyi qadağan etdim. Sonra onu işdən çıxartdım. Bütün bu etdiklərimə baxmayaraq, 2021-ci ildə Gülər evdən qaçdı. Polisə məlumat verdim, qızı bir günə tapdılar. Ondan niyə evdən qaçdığını soruşdum, o da mənə qadağalardan bezdiyini dedi. Bundan sonra təxminən 19-20 martda qızım yenidən evdən qaçdı. Bir neçə gün evə gəlmədi. Bu dəfə polisə bu haqda məlumat vermədim. Martın 22-də yoldaşım zəng edərək Gülərin evə gələrək paltarlarını götürüb birdəfəlik çıxıb getmək istədiyini dedi. Təxminən saat 16-17 radələrində evə gəldim. Qızımla söhbət edərək nə səbəbə bu cür davrandığını soruşdum. Gülər cavabında mənə necə istəyirsə, elə də yaşacağını, heç kəsin ona qarışa bilməyəcəyini dedi”.

Ata bundan sonra qızını öldürmək qərarına gəlib: "Gülərin bədəninə narkotik yeritsəm, daha tez öləcəyini düşündüm. Həyətdəki tövlədən təxminən 1 qram çəkidə narkotiki çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətə gətirdim. Sonra evə gəlib yoldaşıma qızımla ata-bala söhbət etmək istədiyimi, bizi tək qoymasını, Şüvəlanda yerləşən evimizə getməsini dedim. O gedəndən sonra Gülərlə evdə tək qaldıq. Mən qapını arxadan bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum. Sonra isə qızımı qonaq otağına çağırdım. Qızım qonaq otağına gələndə ona sonuncu dəfə xəbərdarlıq edərək əxlaqsız davranışlardan çəkinməsini dedim. Lakin Gülər yenidən mənə nalayiq cavab verdi. Həmin vaxt mən qızın boğazından tutub qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qoluna vurdum. Gülər müqavimət göstərdiyi üçün şiprisi yarıya çatdıra bilmədim. Narkotik onun bədəninə yeridiyi üçün o, halsız vəziyyətə düşdü, sonra onu boğaraq öldürdüm”.
Hacıağa Salamov deyib ki, Güləri öldürdükdən sonra meyitini qonaq otağında yerləşən divanın üzərinə uzadıb: "Meyitin yanında 2-3 saat tək oturub ağladım. Sonra saat 22-23 radələrində "102”yə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Tutduğum hərəkətdən peşman olmuşam”.
Məhkəmədə ifadə verən G.Salamovanın rəfiqəsi N.C mərhuma daimi olaraq borca pul verdiyini deyib: "Biz Gülərlə sinif yoldaşı olmuşuq. Təxminən 2020-ci ilin fevral ayında Gülər İ.R ilə münasibət qurdu. Gülərə oğlanın onu həqiqətən sevmədiyini, münasibətini kəsməsini demişdim. Gülər mənə həmişə onu sevdiyini, ona görə ərindən boşanacağını deyirdi. Gülər mənə ərinin Bakıdan Rusiyaya gedən zaman ondan halallıq aldığını, orada başqa qadınla evləndiyini demişdi. O, hər dəfə məndən borca pul alırdı. Səbəbini soruşanda İ.R -nin pula ehtiyacı olduğunu deyirdi. Mən borca pul verirdim, amma deyirdim ki, İ.R-dan ayrılsın, çünki ondan istifadə etdiyini deyirdim.
Mənə İ.R-nin "Crowd” deyilən sistemdə pul oyunu oynadığını, qoyduğu pulların müqabilində faiz alacağını və nəticədə maddi imkanının yaxşılacağını, bütün tanışlarına əl tutacağını deyirdi. Ona dəfələrlə belə işlərlə məşğul olmamasını deyirdim. Mənə borcları yığıldı. Əvvəlcə, pulları vaxtında verirdi. Deyirdi ki, ona İ.R kömək edir. Sonra pulu verməməyə başladı. Mən də məcbur ailəsinə mənə pul borclu olduğunu dedim. Onlar da araşdıranda onun İ.R ilə münasibətləri olduğunu öyrəndilər.”
Gülər Salamovanın sevgilisi kimi təqdim edilən İ.R də ifadə verib. O, Gülərlə təsadüfən tanış olduqlarını deyib: "Taksi sürdüyüm vaxtlar Gülər mənim avtomobilimə minmişdi. Hazırda "Crowd” şirkətində menecer vəzifəsində işləyirəm. 2020-ci ilin may ayında Güləri Maştağa-Buzovna yolundan sifariş əsasında evlərinə apardım. Elə o vaxtdan aramızda münasibət yarandı. Gülər mənə ərindən boşandığını, 3 uşağı olduğunu, maddi imkanının yaxşı olmadığını, borcları olduğunu dedi. Mən də ona narahat olmamasını, ona maddi cəhətdən yardım edəcəyimə söz verdim. Hər ay ona yardım məqsədilə pul verirdim. Aramızda intim münasibət olmayıb. Gülərin ərindən boşanmadığını biləndə, ondan uzaqlaşdım. Bildiyim qədərilə N.C-yə 18 000 manat borcu var idi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıağa Salamov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hacıağa Salamov 1998-ci il adam öldürdüyü üçün 9 il cəza alıb, 2007-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb. 2013-cü ildə narkotik daşınmasına görə 1 il 6 ay cəza alıb, 2014-cü ildə məhkəmənin qərarı ilə vaxtından əvvəl azad olunub.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cinayət, Məhkəmə
Azərbaycanda hakimlər namus qətlləri törədənlərə niyə yumşaq cəzalar kəsir?
-
Manşet, Cinayət, Məhkəmə
PROFESSORUN EVİNDƏN TAPILAN ERMƏNİ SAATI… – Bakıdan Vartan Sirmakesə axan pullar!
-
Manşet, Cinayət, Məhkəmə
Şəhid qızını maşınla öldürən biznesmen oğlu məhkəmə ilə ''anlaşdı'', azadlığa çıxır, mərhumun anası isə xəstəxanalıq oldu - FOTO