"Özəl klinika qızımı peyvənd zamanı sağalmaz virusa yoluxdurub"

Загрузка...
Bakıda özəl klinikanın səhvi körpə uşağın həyatını əzaba çevirib. "Medi Lux” klinikasında 2017-ci il mayın 4-də dünyaya gələn Nəsrin Qurbanlı peyvənd olunan zaman dərialtı vərəm xəstəliyinə yoluxdurulub. Uşağın atası Cəsarət Qurbanov Criminal.az saytına açıqlamasında bildirib ki, qızı doğulan zaman sağlam olub. Peyvən edilənləndə qızı hələ də sağalda bilmədiyi virusa yoluxdurulub. 

C.Qurbanov deyir ki, 2 ildir ölkənin dövlət və özəl xəstəxanalarına müraciət etsə də, uşağın dərdinə əlac edən tapılmayıb: "Nəsrinin iki yaşı var, artıq 4 ağır əməliyyat keçirib. Qızım gözümün qabağında əyirib gedir, ağrılardan əziyyət çəkir. Bədənini müxtəlif yerlərində iyinləmələr baş verir, sonra partlayır. İltihab daxili orqanlarına da yayılır. Uşağın müəlicəsi üçün 40 min manatadək vəsaəit xərclələnib. İrana, Türkiyəyə belə aparmışam. Hələlik ümidverici nəticə yoxdur”. 

"Həkimlər deyir ki, Nəsrinin müalicəsinə lazım olan dərman yalnız Almaniyadadır. Dərmanın bir qutusunun qiyməti 2000 min manatdır. Artıq imkanım tükənib. Birinci vitse-prezident Mehriban Əliyevaya üz tütaraq ondan kömək istəyirəm. Xahiş edirəm qızımın şəfa tapması üçün lazım olan dərmanın gətirilməsinə köməklik etsin. Mehriban xanım, bir valideyn kimi, qızımın müalicisini öz nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm”- deyə C.Qurbanov vurğulayıb. 











Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər