Qız alverində suçlanan milyonçunu kim himayə edib

Qız alverində suçlanan milyonçunu kim himayə edib
Загрузка...
Dünən – iyulun 8-də ABŞ-ın Nyu York ştatında varlı maliyyəçi Jeffrey Epstein-ə 14 səhifəlik ittihamnamə açıqlanıb. O, qızların cinsi istismar məqsədilə alver şəbəkəsini idarə etməkdə ittiham olunur. "The New York Times” ittihamların ürəkbulandırıcı olduğunu yazır.
Belə ki, maliyyəçinin 2002-ci ildən 2005-ci ilədək "onlarla azyaşlı qızı cinsi istismara məruz qoyduğu” açıqlanıb, bəzi qızların hətta 14 yaşı olub. Qızlar Epstein-in müxtəlif evlərinə "onunla cinsi əlaqədə olmaqdan ötrü” getməyə şirnikləndirilib, buna cəlb olunub, "o, qurbanlara əlaqədən sonra bir neçə yüz dollar verib”, ittihamnamədə deyilir. Onun "qurbanlarla təchizatını saxlamaq və gücləndirmək” məqsədilə bəzi qızlara pul verərək onun üçün "əlavə qız cəlb etdikləri”, beləliklə də "azyaşlı qurbanların nəhəng şəbəkəsi”nin yarandığı vurğulanır. Təqsirli bilinərsə, Epstein 45 il həbs cəzasına məhkum edilə bilər. Ancaq qəzet onun məsuliyyət daşımalı tək şəxs olmadığını yazır. 

Parisdə etiraz yürüşü 
Məsələ bundadır ki, maliyyəçiyə qarşı iddialar 2008-ci ildə də səslənib. O zaman Florida ştatındakı prokurorlar Epstein üçün günahını etiraf etməklə bağlı razılaşma əldə ediblər və Epstein ömürlük həbs cəzasından yayına bilib. O zaman o, 13 ay həbs cəzası çəkib, qurbanlarından bəzilərinə təzminat ödəyib. Epstein təkcə varlı olmayıb, siyasi və sosial əlaqələrini də inkişaf etdirib, Britaniyadan Şahzadə Andrew, ABŞ-ın keçmiş prezidenti Bill Clinton, indiki prezident Donald Trump ilə dostluqdan dəm vurub. Harvard Universitetinə onmilyonlarla dollar ianə ayırıb, kampus binasının tikintisini maliyyələşdirib.
"Bütün bunlar sistemi ifşa edir – zəngin və yaxşı əlaqələri olanlar dövlət qulluqçularını hərəkətsiz duruma salır, yaxud onları təqsirləndirlən üçün əlverişli sövdələşməyə vadar edir”, – qəzet yazır.

Загрузка...
Загрузка...

Xəbər lenti