Qiyas İbrahimov Türkiyədən deportasiya edilib

Qiyas İbrahimov Türkiyədən deportasiya edilib
 "Müddətsiz deportasiya olunmuşam, amma səbəbi demirlər"
Siyasi fəal Qiyas İbrahimov Türkiyədən deportasiya edilib. Bu barədə Qiyas İbrahimov özü məlumat yayıb. O, aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanıldığını bildirib:
"Mənə dedilər ki, 1 illik icazən ləğv olunub, gedəndə konsulluğa baş vurmamış qayıtma. Bu gün, aprelin 21-də zəng vurdum, cavab verdilər ki, müddətsiz deportasiya olunmusan".
Türkiyənin Bakıdakı səfirliyindən Meydan TV-yə deyiblər ki, Qiyas İbrahimovun deportasiya olunmasından məlumatsızdırlar: "Hər halda adamın özü səbəbi bilməlidir, biz bilmirik".
Qiyas İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” şüarı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilib. O, 2019-cu ilin martında ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.
Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi. Beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu "vicdan məhbusu” adlandırmışdı.

Xəbər lenti