Qiyas İbrahimov sərbəst buraxıldı

Qiyas İbrahimov sərbəst buraxıldı
Загрузка...
Dünən yaşadığı binanın damına çıxaraq təkbaşına etiraz aksiyası keçirən ictimai fəal Qiyas İbrahimov sərbəst buraxılıb. Q.İbrahimov "Meydan TV”yə müsahibəsində deyib ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb.
Orada ona bildirilib ki, protokola uyğun olaraq məhkəməyədək bölmədə saxlanılacaq. Bu gün səhər saatlarında isə bölmə rəisi Q.İbrahimovu qəbul edərək sərbəst buraxıldığını, amma məhkəməyə çağırılacağını bildirib. Q.İbrahimov hazırda evindədir və gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi açıqlamasında bildirilir ki, Q.İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. O, xilas olunduqdan sonra ərazi üzrə polis bölməsinə aparılıb. Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddə təqsirləndirilən şəxsin günahı məhkəmədə sübuta yetirilərsə, onun barəsində əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya on beş günədək müddətə inzibati həbs qərarı tətbiq olunur.

Xəbər lenti