Qiyas İbrahimov polis zorakılığına qarşı aksiya keçirdi Qiyas İbrahimov polis zorakılığına qarşı aksiya keçirdi

Qiyas İbrahimov polis zorakılığına qarşı aksiya keçirdi
Vətəndaş, ictimai fəal polisin son törətdikərinə etiraz edir
Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə "Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi "zibil əməliyyatı"na etirazını bildirib.
Hadisə yerinə gələn polislər Qiyas İbrahimovu Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparıblar. Polis bölməsinə oğlu ilə birgə daxil olan Şura Əmiraslanova az sonra bayıra çıxıb və jurnalistlərı açıqlamasında bildirib ki, polislər ona Qiyas İbrahimovun izahat yazandan sonra sərbəst butaxılacağını deyiblər.
İyunun 8-də səhər 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Buna səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması olub. Hadisə ictimaiyyətdı geniş ajiotaj yaradıb. Saxlanılanlar 15 sutkadan 2 aya qədər inzibati həbs cəzası alıblar. Onlardan Kərim Süleymanlı iyunun 9-da evə buraxılıb. Onun bədənində və üzündə xəsarət izləri var. Sakin zibil atmadığını, buna baxmayaraq 29-cu polis bölməsinə aparılaraq orda 30 nəfər tərəfindən 5 saat döyüldüyünü deyib.

Xəbər lenti