Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər

Qiyas İbrahimov inzibati həbs cəzası ala bilər
Загрузка...
Sabah Nizami Rayon Məhkəməsi qərar çıxaracaq
İyunun 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsində Qiyas İbrahimovun həbs olunması haqqında protokol tərtib olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi irəli sürülüb. Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib. Vəkil bildirib ki, iyunun 10-da Nizami Rayon Məhkəməsində iddiaya baxılacaq: "Həmin maddəyə əsasən Qiyas İbrahimov 15 sutka inzibati cəza alar bilər”.
Gənc fəal Qiyas İbrahimov iyunun 9-da polis zorakılığına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə "Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi "zibil əməliyyatı"na etirazını bildirib.

Xəbər lenti