Qırmızı Xaç Komitəsi: Dilgəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb

Qırmızı Xaç Komitəsi: Dilgəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb
Xankəndində məhkəmə Əsgərovu ömürlük,Quliyevi isə 22 il azadlıqdan məhrum edib Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanan bəzi şəxslərin Ermənistana köçürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinə məlumat verilib. Bu barədə "Turan" agentliyinə Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib.
İ. Hüseynovanın sözlərinə görə, Ermənistana köçürülmüş şəxslərin arasında Dilgəm Əsgərov və Şahbaz Quliyev də var. D.Əsgərov ilə Ş.Quliyev 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində saxlanıblar. Müdafiə tərəfi onların Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirir. Tanınmayan "Dağlıq Qarabağ Respublikası"nda isə onlar qətl və digər ağır cinayətlər törətməkdə ittiham ediliblər.
Xankəndində məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il azadlıqdan məhrum edib. Amma Azərbaycan həmin məhkəməni tanımır, onu separatçı qurumun qanunsuz orqanı sayır. Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkə vətəndaşlarının bu şəkildə mühakiməsi qanunsuzdur.

Xəbər lenti