Qəzaya uğramış helikopterin “qara qutusu” tapıldı

Qəzaya uğramış helikopterin “qara qutusu” tapıldı
Bu gün qəzaya uğramış DSX-ya məxsus Mİ-17 markalı helikopterin "qara qutusu” tapılıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir. Bildirilib ki, cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Xəbər lenti