Qəbələyə turist aparan avtobus qəzaya düşdü - 2 ölü, 15 yaralı

Qəbələyə turist aparan avtobus qəzaya düşdü - 2 ölü, 15 yaralı
Загрузка...
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var.
Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti