Qazinin saxlanıldığı qətl necə baş verib?

Qazinin saxlanıldığı qətl necə baş verib?
Fevralın 13-də Bakının Binəqədi rayonunda gənclər arasında baş verən mübahisə ölümlə nəticələnib. Rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb.
Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
"Qafqazinfo”nun xəbərinə görə, hadisə Yəhya Quliyevin evinin önündə baş verib. Belə ki, o, gecə saatlarında evinin qarşısında səs-küy olduğunu görüb və bundan sonra çölə çıxıb. Yəhya evinin qarşısında olan şəxslərdən gecə saatlarında səs-küy salmamalarını istəyib, bundan sonra tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra mübahisə davaya çevrilib.

Xəbər lenti