"Qazaxlı Alik"in oğlu silahlı görüntülərindən danışdı: "Həmin fotolardan güc struktirlarının xəbəri var"

Загрузка...
Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəali Nicat Abdullazadənin "Milli Fəadilər Qrupu”nun rəhbəri Fuad Muradov tərəfindən hədələnməsi ilə bağlı məlumatlar yayılıb. Bununla vağlı N.Abdullazadə də, "facebook" profilində bu haqda status paylaşıb: 

"Rejim indi də odla oynayır. Əsəbləri dözmür. Siyasi mübarizəni məhlə davasına, zor müstəvisinə keçirmək istəyirlər. Xüsusi xidmət orqanlarının himayəsində "milli fədailər qrupu adı ilə” zorakılığa meylli insanları toplayıb, üstümüzə göndərirlər. Biz sizin rəsmi zor aparatınızdan qorxmuruq. Qeyri-rəsmisindən nəyə görə qorxaq? Həmin bu özünü "milli fəadilər qrupu” adlandıran qrupun başçısı Fuad Muradov məni zəng edib hədələyir, evimə basqın edəcəyini bildirir. İstəyirəm bütün ictimaiyyət bilsin ki, bu qrupların bu cinayətkar davranışı hakimiyyətin sifarişi ilə baş verir. Şəxsən mənim həyatıma görə İlham Əliyev və onun hökuməti məsuliyyət daşıyır. Mənim küçə adamları ilə nə işim? Mənim və əqidədaşlarımın mübarizəsi rejimlədir, siyasidir. Rəsmən DİN-ə müraciət edirəm. Adamınızı yığışdırın, sizə arxalanıb məni terrorla hədələyir". 

F.Muradov sosial şəbəkədə canlı yayıma çıxaraq barəsində yayılmış ittihamlara cavab verib. Bildirib ki, silahlı şəkilləri 2015-ci ildə DİN və digər güc struktrukları tərəfindən araşdırılıb və izahatını vermişəm. Həmin qurumların həmin fotolardan güc strukturlarının xəbəri var. F.Muradovun fikirlərini təqdim edirik:
Criminal.az xatırladır ki, F.Muradov "Qazaxlı Alik" kimi tanınan Alik Muradovun oğludur. O, 1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15-20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.[1] Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.


Загрузка...
Загрузка...

Xəbər lenti