Qazaxıstanda polislə kütləvi toqquşma - 8 ölü, 40 yaralı Qazaxıstanda polislə kütləvi toqquşma - 8 ölü, 40 yaralı

Qazaxıstanda polislə kütləvi toqquşma - 8 ölü, 40 yaralı
Загрузка...
Qazaxıstanın Jambıl bölgəsinin Korday və Masançi kəndlərində bu gün gecə saatlarında kütləvi toqquşmalar baş verib. "Sputnik Qazaxıstan”ın verdiyi xəbərə görə, insident nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Ölkənin Daxili işlər naziri Erlan Turqumbayev faktı təsdiqləyib: "İğtişaşlar zamanı 8 nəfər təəssüf ki, aldığı xəsarətlərdən ölüb, 40 nəfər ağır yaralanıb”.
Onun sözlərinə görə, davada Masançidən 70 nəfər, digər kəndlərdən isə 300 nəfər iştirak edib. Turqumbayev qeyd edib ki, vəzifə başında olan polislər müxtəlif dərəcəli bədən xəsarətləri, ikisi isə güllə yarası alıb.
Hazırda hadisə yerində yoxlama aparılır. İstintaq-əməliyyat qrupu yaradılıb. Nazir 47 nəfərin polis şöbəsinə gətirildiyini bildirib. Onlardan iki ov tüfəngi götürülüb. İlkin məlumatlara görə, hadisə zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb. Dava zamanı metal əşyalardan, daşlardan, odlu silahdan istifadə edilib. Hadisənin səbəbləri haqda məlumat verilmir. Prezident Kassım-Jomart Tokayev qarşıdurmaların başladığı bölgədə vəziyyəti həll etmək üçün komissiya yaratmağı tapşırıb.

Xəbər lenti