Qayınanası əfsanəvi qapıçıya atəş açdı

Qayınanası əfsanəvi qapıçıya atəş açdı
Загрузка...
 Ukraynalı futbolçu, Dinamo Kiyev futbol komandasının qapıçısı olmuş Aleksandr Vladimiroviç Şavkovskiy qayınanası tərəfindən silahlı hücuma məruz qalıb. Bu barədə futbolçunun özü feysbuk səhifəsində məlumat verib.
Qeyd edib ki, 2015-ci ildə ayrıldığı Olqa Alenovanın anası Lyubov Pavlovna ona bir neçə dəfə atəş açıb. Aleksandr Şavkovskiy qızını anasından götürmək istəsə də, hər dəfə qayınanası buna mane olub. Aleksandr Şavkovskiy 2006-ci il futbol üzrə Dünya Çempionatında iştirak edib.
Xüsusilə, İsveçrə ilə oyunsonrası penaltilər seriyasında qaytardığı toplar sayəsində Ukraynanın 1/4 finala çıxmasına səbəbkar olub. Aleksandr Dünya Çempionatları tarixində oyunsonrası penaltilər seriyasında bütün topları dəf edən yeganə qapıçıdır. O, milli komandada 90 oyun keçirmiş və 76 top buraxıb.

Xəbər lenti