Bakıda ögey ana azyaşlı qızını ölümcül döyüb

Bakıda ögey ana azyaşlı qızını ölümcül döyüb
Загрузка...

Bakıda uşaq ölümcül döyülüb. Qız uşağı ağır vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdrilib. Hadisə bir neçə gün əvvəl olsa da, Criminal.az-a məlumat yeni daxil olub. 

Bir neçə gün əvvəl Leyla Quliyeva (ad-soyad şərtidir) ağır vəziyətdə xəstəxanaya yerləşdirilib. Bədənində xəsarətləri olan uşağı həkimlər dərhal müayinə ediblər, yardım göstəriblər. 

Həkimlər uşağın kim tərəfindən döyülməsini soruşduqda isə gözləmədikləri cavabı alıblar. Məlum olub ki, uşağı xəstəxanaya çatdıranlar onun valideynləri yox, qonşulardır. Onlar bildirib ki, azyaşlını ögey anası döyərək bu hala salıb. Uşağın atası isə arvadından çəkinərək uşağa sahib çıxmayıb və xəstəxanaya gətirməyib. Qonşular uşağın vəziyyətinin pis olduğunu görüb xəstəxanaya gıtiriblər. Hadisə barədə polisə məlumat verilib.  

Criminal.az

 
Загрузка...
Загрузка...

Xəbər lenti