"Qardaşımı maşınla öldürüb qaçır, hamı bunu görür, tək müstəntiqdan başqa..."

Загрузка...
"Bir neçə gün əvvəl qardaşım işə gedərkən onu maşın vurub. Sürücü qardaşıma kömək etmək əvəzinə qaçıb. Bunu hadisə şahidləri də görüb. Lakin işi aparan müstəntiq sürücünün qaçmasını nədənsə görmək istəmir…". Bu sözləri Criminal.az saytına 2019-cu il sentyabrın 24-də Bakının Sabunçu rayonunda maşın vurması nəticəsində dünyasını dəyişən Ziya Mirzənin qardaşı İlqar Mirzəyev deyib. 

Ziya Mirzə 
İ.Mirzəyev deyir ki, Z.Mirzə səhər saat 9 radələrində evdən çıxaraq işə gedərkən Maştağa yolunda 21 yaşlı Vidadi Nəciyev idarə etdiyi 99 RU 983 dövlət nömrə nişanlı "Mercedes"lə vurub: 

"O, dayanıb qardaşıma yardım göstərmək, təcili yardım çağırmaq əvəzinə hadisə yerindən qaçıb. Hadisə şahidləri deyir ki, qəzanı törədəndən sonra gəldiyi sürətlə də qaçıb. Təxminən 7-8 dəqiqə sonra geri qayıdaraq yolun əks tərəfində saxlayaraq maşından düşməyib. Yaxınlıqda hadisəni görən taksi sürücüsü ona yaxınlaşaraq danlayıb ki, adam vurub qaçırsan. Vidadi isə ona əhəmiyyət vermçəyərək maşının şəşələri qaldırıb. Sonra isə şüşəni aşağı salaraq həmin taksi sürücüsünə sual verib ki, vurulan adam sənin nəyindi? Taksi sürücüsü deyib ki, tanımıram, amma insanlıq naminə belə hərəkəti etmək sənə yaraşmaz. Bundan sonra Vidadi maşından düşərək qardaşımı vurduğu yerə gəlib". 

Qardaş bildirdi ki, sürücü hadisə yerindən qaçsa da, işi aparan müstəntiq Süleyman Hacıyev bu epizodu nəzərə almır:
"Hadisə baş verən yer yaşayış ərazisidi, avtomobillərin hərəkət sürəti saatda 60 km olsa da, Vidadi Nəciyev təxminən 120-130-la qardaşımı vurub. İşi aparan müstəntiq Süleyman Hacıyev sürücünün qaçmasını nəzərə almır. Sanki sürücünü müdafiə edir. Cinayət işində hadisə yerindən vurub qaçma ittihamı verilməyib. Biz etiraz edirik ki, axı qardaşımı vurub, kömək etmək əvəzinə qaçıb, bunu şahidlər də görüb, müstəntiq deyir ki, qaçmayıb, sadəcə maşını saxlaya bilməyib. Bizim etirazlarımızdan sonra təhlükəsizlik şəhərin kamera görüntüsünün gəlməsini gözlədiyini bildirdi. 

 Vidadi Məciyev 
Qardaşımı öldürən sürücü Vidadi Nəciyev hələ də azadlıqdadır. Zaminə buraxılıb. Biz şikayətimizi geri götürməyəcəyik. Çünki qardaşımın maşınla vurulması Vidadi Nəciyevin ehtiyatsızlıqdan törətdiyi hadisə deyil. O vaxt ehtiyatsızlıq olardı ki, gecə qaranlıqda baş vermiş olsaydı. Yaşayış massivində, özü də yüksək sürətlə, işıqforun qırmızı işığında keçərək adam vurursa, demək bu onun əməlini ağırlaşdırmalıdır. Heç vurduğu adama belə kömək etmək istəməyib. Bu hansı insanlığa sığar?". 
İşi araşdıran müstəntiq S.Hacıyevlə əlaqə saxlamaq mümkün olmadı.  

Загрузка...
Загрузка...

Xəbər lenti