Keçmiş sədrin ŞOK videosu yayıldı - GENERAL QARDAŞININ ADI KEÇƏN İŞLƏ BAĞLI GİZLİ ÇƏKİLİŞ Keçmiş sədrin ŞOK videosu yayıldı  - GENERAL QARDAŞININ ADI KEÇƏN İŞLƏ BAĞLI GİZLİ ÇƏKİLİŞ

Keçmiş sədrin ŞOK videosu yayıldı  - GENERAL QARDAŞININ ADI KEÇƏN İŞLƏ BAĞLI GİZLİ ÇƏKİLİŞ
Загрузка...
Torpaqları mənimsənilmiş bir qrup Abşeron sakini keçmiş bələdiyyə sədri ilə bağlı ilginc məlumatlar əldə ediblər. Aşağı Güzdək qəsəbə sakinləri olan Mrzəməmmədov Telman, Muradov Oktay, Hüseynov Ibrahim Criminal.az saytına müraciət edərək Qobustan rayonun Qubançı kənd bələdiyyə sədri olmuş Əlikram Musayevin insanlara təhlükə yaradan hərəkətlər etdiyini iddia edir.
Şikayətçilər xatırladır ki, 2000-2010-cu illərdə bələdiyyə sədri olmuş və sonra Qaracüzlü kənd icra nümayəndəsinin müavini vəzifəsində 8 il işləmiş Əlikram Musayev işlədiyi 18 il ərzində dövlətə və kənd sakinlərinə həmişə külli-miqdarda maddi ziyan vurub . 2005-ci ildən Qaradağ rayonu, Müşviqabad qəsəbəsində qaçqınlara tikilən 7 mərtəbəli binaların qonşuluğunda dövlətə məxsus 20 ha torpaq sahəsini arvadının adına icarə müqaviləsi ( 15 ilə) əldə etmiş və 17.5 ha –nı qanunsuz olaraq ayrı-ayrı fiziki şəxslərə ev tikmək üçün sataraq əsassız varlanıb.
"Həmkəndlimiz Kamal Kamilovun məlumatlı şəxs kimi dediyinə görə vaxtilə müharibə dövrü Qarabağdan oğurlanaraq gətirilən avtomat silahların bir hissəsi satılıb, ondan 4-nü özündə saxlayıb və birini də 1997-ci ilin oktyabrında Qaracüzlü kənd "Babək” kolxozunun sədri olmuş Əliyev Əbdülhüseyn Məşədiəlibala oğlunun kənddə düzgün əmlak bölgüsü apardığına görə onun evinə həmin avtomat silahdan qoydurmaqla şərləyib həbs etdirib. Bu təhlükəli şəxsin təşkilatçılığı ilə qardaşı uşaqları İŞİD tərkibində vuruşublar. Çox güman ki, bu adamlar Azərbaycana qayıdıblar. Əlikram 16 sentyabr saat 11-də biz üç nəfər doğma kəndimizə daxil olarkən qarşımızı kəsərək nə gəlmisiniz dedi. Biz əmlak məsləsinə görə gəlmişik cavabını verəndə o yanımızda olan Oktayın oğlu, 11 yaşlı Amin balanın gözləri qarşısında bizə qışqıraraq bildirdi ki, əmlakla bağlı siz heç bir məslə və iddia qaldıra bilməzsiniz. Əgər əmlaka yaxın düşsəniz sizləri güllələyib öldürəcəm. Bu sözlərdən sonra yanımızdakı uşaq Amin şoka düşdü və əsməyə başladı. Biz bu hədə-qoxudan dərhal sonra kəndi tərk etdik, dədə-baba yurdumuzda qala bilmədik"-deyə şikayətçilər yazır
Şikayətçilər iddia edir ki, əmlakla bağlı Ə.Musayevin onları hədləməsinin əsl səbəbi onun vaxtilə kolxozuma məxsus olan əmlakların hamısını ələ keçirərək iki fermanı özbaşına kənar şəxslərə satması, digərlərini isə icarəyə verib 6000 manat qanunsuz gəlir əldə etməsidir. Digər fakt ondan ibarətdir ki, 2006-cı ilin aprelin 2-də o 40 kənd ailə təsəsrrüfat rəhbərini aldadaraq onlara məxsus olan pay torpaqlarını etibarnamə əsasında alqı-satqı edib. Həmçinin o, özünün və yaxın qohum-qardaşlarının adına saxta sənədlər əsasında son 10 ildə torpaq sahələrini əkmək adı altında dövlətdən külli-miqdarda subsidiya alıb mənimsəyib. 
Ə.Musayev Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin torpaqlar onun vasitəçiliyi ilə Malik Məmmədov tərəfindən alınıb. Onun sözlərinə görə, M.Məmmədov isə hazırda rəhmətə gedib: "Malik müəllim gəldi ki, kim torpaq satır alıram. Mənim vasitəçiliyimlə indi şikayət edən şəxslərin valideynləri torpaqlarını Malikə satdı. Mənim özüm də 23 hektar torpağımı ona satdım. İndi dava edim ki, o vaxt ucuz idi, indi bahadır, geri qaytar? Malik Gilanla birləşib həmin torpaqlarda taxıl, qarğıdalı, noxud əkirdi. İndi isə Malik etibarnəmə ilə başqa adama verib. O qədər dedilər ki, yazığın əvvəl iki ayağın kəsdilər, bu il də rəhmətə getdi. Malikin qardaşı generaldı. Belə çıxır ki qardaşına görə Malikdən qorxurdular. Onların valideynləri satıb torpağı. Bütün məhkəmə instansiyaları da onların əleyhinə qərar çıxarıb. Onlar məndən nə istəyirlər bilmirəm. Mən kiməm ki...".
Ə.Musayev şikayətçiləri hədələməsi ilə bağlı iddialara da cavab verdi: "Mən Hacı adamam, adam öldürən deyiləm. 61 yaşım var, qəbiristanlığa getməyə hazırlaşıram. Heş dəliqanlı vaxtımda adam öldürmədim. Gəlin evimi axtarın, məndə silah yoxdur".
"Qardaşım uşaqlarına cavabdeh deyiləm. Onlar hardan bilir qardaşım uşaqları hardadır. Mən əmisiyəm heç bilmirəm. O adamların qardaşım uşaqlarının İŞİD-ə qoşulmasında əli var. Uşaqlar Türkiyəyə gediblər, sonra xəbər yoxdur. Dövlət gedib tutub gətirsin. Dövlətimə sadiqəm. 11 seçki kampaniyasında iştirakçı olmuşam. gəlib yoxlasınlar, 100 faiz nəticə ilə dövlətimə sadiq olmuşam"-deyə Ə.Musayev əlavə etdi.  
Əslən Ordubad rayonundan olan M.Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilib. O, əvvəllər FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiin rəisi olub. İddialar var ki, M.Məmmədov yüksək dövlət məmuru haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə K.Heydərov tərəfindən işdən çıxarılıb. Sonra isə ''Gilan Holdinq''də işləyib.
General-leytenant Nazim Məmmədov Nazim Məmmədova gəlincə, o, Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. O, 1994-ci ildə, 44 yaşı olarkən tələbə adını qazanıb. Təfəkkür Universitetinin hüquq fakültəsinin ikinci kursunda oxuyarkən, 1995-ci ildə DGK-nə işə düzəlib. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Hazırda isə fövqəladə halla nazirinin müavinidir.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər