Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü

Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
Saatlı rayonunda dəhşətli ailə faciəsi baş verib. Criminal.az saytının məlumatına görə, qardaş bacısının yas mərasimi günü özünü öldürüb.
Rayon sakini Səfər İbrahimov bu gün özünü atasının mağazasında asıb. Məlumata görə, S.İbrahimov bir müddət əvvəl qumarda 30 min manat uduzub. 
S.İbrahimovun bacısı 40 gün əvvəl özünü öldürüb. İntihar hadisə də bacısının 40 mərasimi günü baş verib.
İddialara görə, S.İbrahimovun bacısının ölümü intihar yox, qəsdən adamöldürmədir. Onun əri tərəfindən öldürülüb izi itirmək məqsədi ilə binadan atdığı ilə bağlı şaiələr dolaşır. 
Faktla bağlı cinayət işi başlanıb. 

Xəbər lenti