Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR

Qarabağ qaziləri ilə SOCAR mühafizəçiləri arasında qanlı dava - ŞOK GÖRÜNTÜLƏR
Загрузка...
Sentyabrın 28-i günorta saatlarında Bakıda Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə Qarabağ qaziləri arasında insident yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu xoşagəlməz hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşanıb.
Criminal.az saytına verilən məlumatda iddia olunur ki, qarşıdurmaya səbəb SOCAR əməkdaşlarının Qarabağ qazilərindən birinin evini sökməyə cəhd etməsi olub. Belə ki, həmin yaşayış evinin tikinti icazəsi və müvafiq sənədləri olsa da, Dövlət Neft Şirkətinin işçiləri tikintinin şirkətə məxsus ərazidə və qanunsuz aparıldığını iddia ediblər.
Binəqədi rayon İcra Hakimiyyəti isə həmin əraziyə sənəd verdiyindən və tikinti ilə bağlı müvafiq idarələrdən razılıq alındığından, Qarabağ qaziləri SOCARın mühafizəçilərinin tələblərini yerinə yetirməkdən imtina ediblər. Bu zaman tərəflər arasında qarşıdurma yaşanıb.
İddia olunur ki, SOCAR Tİ-nin rəisi Rəşad Əliyevin göstərişi ilə Qarabağ qazilərinə qarşı vəhşicəsinə davranan, onları döyən 35-ci komandanın rəisi Rahib Qənbərov və qardaşı Ramin Qənbərovdu.
Rəşad Əliyev kimdir?
Rəşad Əliyev 2004-cü ilə qədər MTN-nin əməkdaşı olmuşdur, polkovnik-leytenantdır. İlham Əliyevin 2004-cü 25 mart (140 nömrəli) sərəncamı ilə "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.
Rəşad Əliyev bir zamanlar Milli Təhşlükəsizlik Nazirliyinin strukturlarında çalışıb. Həmin ərəfədə böyük çevrə qazanan Rəşad Əliyev 2005-ci ilin parlament seçkilərində o zamanlar Bakı Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olub. 2005-ci ildən SOCAR Tİ-nin rəisi vəzifəsində çalışır. Çalışdığı müddətdə qazanc məqsədilə SOCAR ərazilərində qanunsuz tikililərin tikilməsinə, torpaqların zəbt olunmasına rüşvət alaraq şərait yaradıb.
2012-ci ildə Rəşad Əliyevin göstərişi ilə Sulutəpə ərazisində söküntü zamanı jurnalist İdrak Abbasov SOCAR Tİ-nın əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. Hal-hazırda jurnalist İdrak Abbasov Norveçdə mühacir həyatı yaşayır.

35-ci komandanın rəisi Rahib Qənbərov 
19 sentyabr 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Rəşad Əliyevin xalası Sədaqət Vəliyeva Nizami rayonundan Milli Məclisə 2010-ci ildə millət vəkili seçilib.
SOCAR sentyabrın 28-də Qarabağ əlilləri ilə baş vermiş insident barədə yaydığı açıqlamada  deyilir ki, sentyabrın 27-də saat 12:00-da şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.
Məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.
 
"Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Fuad Abdurəhmanov, Elnur İsmayılov, Ələkbər Əliquliyevin qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər",- açıqlamada qeyd edilir. 

Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: "Şərif Hüseynovun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlillərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar".
Hazırda baş vermis insidentlə bağlı hüquq- mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır. 
Загрузка...
Загрузка...

Xəbər lenti